Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır – FOTOLENT



Gözəllik görmək üçün paytaxtdan çox da uzaqlaşmağa ehtiyac yoxdur

Sündü kəndi Qobustanın mərkəzindən 16 km aralıda, rayonun şimal-qərb hissəsindəki dağlıq və qayalıq ərazidə yerləşir. Bu kəndə getmək üçün Bakı-Şamaxı-Yevlax avtomobil yolundan ayrılıb rayon mərkəzindən keçib kənd istiqamətinə hərəkət etmək lazımdır.

Sündü Azərbaycanın ən qədim kəndlərindən hesab edilir. Lakin bu günkü mövzumuz kəndin özü deyil, onun ətrafındakı əsrarəngiz şəlalələr və mağaralardır.

Paytaxtdan cəmi 100 km məsafədə yerləşən Sündü kəndində olan şəlalələr gözəlliyi ilə heç də ucqar rayonlardakı şəlalələrdən geri qalmır. Şəlalələrə getmək üçün kəndin sonundakı evlərin yanından cənub istiqamətinə getmək lazımdır.

Burada uyğun bir yerdə maşını saxlayıb sağa, çayın yuxarı axarına getmək daha məqsədəuyğun sayılır. Belə olduqda ilk şəlalədən başlayaraq çayın axarı boyunca digər şəlalələri də keçib mağaralara açılan mənzərələrə çatmaq mümkündür. Şəlalələrin töküldüyü yerlərin hər birində kiçik göl yaranıb ki, yayda burda sərinləmək üçün çimənlər də az olmur.

Şəlalələri keçib sola burulduqdan sonra, hardasa 150-200 metr məsafədə sıldırım qayalıqlardakı mağaralar başlayır. Qədim insanların sığınacağı olan bu mağaralar çətin keçilən sıldırımda yerləşir. Lakin hündürlük qorxusu olmayan və ekstrim həvəskarları üçün mağaralara girmək çox çətinlik yaratmır.

Deyilənlərə görə, bu mağaralar ermənilərin 1918-ci ildə törətdikləri mart qırğınları zamanı da kənd əhalisi tərəfindən sığınacaq kimi istifadə olunub.

Ümumiyyətlə, yay aylarında ərazi qələbəlik və turistlərlə dolu olur. Bunun bir səbəbi yolların rahatlığı və məsafənin digər yerlərlə müqayisədə Bakıya yaxın olmasıdır.

Lakin Sündü şəlalələrinə və mağaralara getmək üçün ən gözəl vaxt mart-aprel-may ayları hesab olunur. Bu dövrdə ərazinin gözəlliklərindən daha çox zövq almaq mümkündür.

Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –Bakının bir addımlığında sehrli aləm: ziyarətin tam zamanıdır –






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10