Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda sirli türbə və çürüməyən cəsəd - FOTOLENT



Cəsəd kimə aiddir: peyğəmbərin əmisi nəvəsinə, xristian həvariyə, yoxsa...?

Bakıdan 90 kilometrlik məsafədə, Qobustan rayonunun inzibati mərkəzində sirli bir məkan var. Xalq arasında Diribaba kimi tanınan bu tikili sərt qayaların üzərində ucaldılıb. Yan divarları açıqlığa baxır, arxa divarı qayalara söykənib. İkimərtəbəli türbənin ikinci mərtəbəsindən isə qayadan yonulmuş mağaraya giriş açılır.

Bu türbənin kim üçün inşa edilməsi haqqında müxtəlif versiyalar var. Dəqiq olan isə türbənin üzərindəki dekorativ yazılarda göstərilən 805 rəqəmidir. Bu, miladi təqvimlə 1402-ci ilə təsadüf edir. Mənbələrə görə, abidənin tikintisinə Şirvanşah I İbrahim Xəlilullah göstəriş verib.

Türbənin kimin şərəfinə ucaldılmasına dair 3 əsas versiya mövcuddur. Bunlardan biri türbənin Məhəmməd peyğəmbərin əmisi nəvəsinə aid olması versiyasıdır. Digər bir versiyaya görə, abidəni I İbrahim vəfat etmiş müəzzini Pir Məhəmmədin şərəfinə tikdirib. 3-cü versiaya görə isə, türbə şair Hüseynəli Şirvaninin adına ucaldılıb.

Tübənin Diribaba adlandırılmasının da maraqlı səbəbi var. Belə ki, məlumatlara görə, şərəfinə ucaldılan şəxsin cəsədi çürümədən qalıb.

Hələ orta əsrlərdə Diribaba türbəsini ziyarət etmiş alman səyyahı Adam Oleari, holland səyyah Kornelius De Brün, Osmanlı səyyahı Övliya Çələbi öz əsərlərində türbə haqda məlumat verirlər. Onların məlumatları bir-birindən ciddi dərəcdə fərqlənmir.

Diribaba türbəsinin direktoru Yusif Məmmədov AYNA-ya açıqlamasında Azərbaycanın Rusiya tərəfindən işğalından sonra rusların da burda tədqiqatlar apardığını söyləyib: “1861-ci ildə ruslar burada tədqiqatlar aparıblar. Peterburq Universitetinin professoru, şərqşünas B.Dorn türbənin ilk fotosunu çəkib. Rusların fikrincə, burada dəfn edilən İsa peyğəmbərin həvarilərindən biri olub”.

“Belə bir rəvayət var ki, Şamaxı xanına rusların Diribabanın çürüməyən bədənini götürüb aparcaqlarına dair məlumat çatır. O səbəbdən xanın göstərişi ilə cəsəd türbədən çıxarılaraq dəfn edilib. Ona görə türbə simvolikdir. Burada heç kimin qəbri yoxdur”, - deyə həmsöhbətimiz bildirib.

2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Diribaba türbəsi dövlət əhəmiyyətli abidə elan edilib və burada abadlıq işləri aparılıb. 2022-ci ildə abidə Dövlət Turizm Agentliyinin tabeliyinə keçib.

Yusif Məmmədov türbəni görmək üçün hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə turistin gəldiyini deyib. Eyni zamanda türbə yerli ziyarətçilər tərəfindən də mütəmadi ziyarət olunur. İlin bütün fəsillərində ziyarətə açıq olan Diribaba türbəsinə giriş xaricilər üçün ödənişli olsa da, yerli turistlər üçün ödənişsizdir.

Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -Azərbaycanda sirli türbə və çürüməyən cəsəd -






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10