Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının Xəlifələr kəndində fərdi yaşayış evdən qızıl-zinət əşyalarından tutmuş qab-qacağa qədər oğurlayan şəxs yaxalanmışdır


Masallı Polis Şöbəsini istintaq bölməsindən,  müstəntiq Bədrəddin Yasərlidən aldığımız məlumata görə rayonun Yeyənkənd İnzibati Ərazi Dairəsinə daxil olan Xəlfələr kəndində maraqlı oğurluq hadisəsi baş verib. Vaxti ilə Türkmənistan SSR-də anadan olmuş, hazırda Xəlfələr kəndində qeydiyyatda olan Qasımov Cavat Vaqifoviç öz həmkəndlilərinin evindən müxtəlif vaxtlarda oğurluqlar etmişdir. 

Öncə 01.06.2021-ci il tarixində, saat 20:00 radələrində həmkəndlisi Əliyeva Fərənaz Zülfü qızına məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin ikinci mərtəbəsindəki yataq otağında olan sandığın cəftəsini açılması yolu ilə oradan ümumi dəyəri 4500 manat təşkil edən müxtəlif növ qızıl-zinyət əşyalarını gizli yolla talayaraq oğurlamışdır.  

Həmin şəxs 19.12.2021-ci il tarixində, saat 22:00 radələrində həmkəndlisi Sadıqov Məmmədağa Cümşüd oğlunun qızı Könül Sadıqovaya məxsus yaşayış olamayan fərdi yaşayış evinə də qanunsuz daxil olaraq oradan Sadıqov Məmmədağa Cümşüd oğluna məxsus ümumi dəyəri 390 manat təşkil edən məişət əşyalarını  gizli yolla talayaraq oğurlamışdır.  



Masallı polis şöbəsinin operativ tədbirləri nəticəsində Qasımov Cavat Vaqifoviç saxlanılmış, o törətdiyi əməlləri etiraf etmişdir. Hazırda o, Masallı Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə azadlıqdan mərhum edilmişdir.

Cenub.az. Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10