Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsa Qəmbərin gizli planı - Hakimiyyətin də marağına uyğundur



May ayının əvvəlində Müsavat Partiyasının növbəti qurultayı keçiriləcək. Artıq bununla bağlı Müsavat Məclisinin müvafiq qərarı var. 

Yenisabah.az xəbər verir ki, qurultayda təşkilati məsələlərə baxılacaq, sədr və yeni rəhbərlik seçiləcək. Müsavatın yeni başqanının kim olacağı hazırda ən çox müzakirə olunan məsələdir. 

Qeyd edək ki, siyasi çevrələrdə Müsavatın yeni başqanının kimliyi ilə bağlı mülahizələr mövcuddur. Analitiklər sabiq başqan İsa Qəmbərin yenidən Müsavatın sükanı arxasına keçəcəyini proqnozlaşdırırlar. Bununla bağlı artıq partiyada müəyyən canlanma müşahidə edilir.

Məclis sədri, professor Nüşabə Sadıqlı tərəfindən irəli sürülən bu təklif Müsavat dəhlizlərində maraqla qarşılanıb. Çoxlu sayda partiya üzvü Məclis sədrinin çağırışına səs verərək İsa Qənbərin yenidən sədr seçilməsi üçün təbliğata başlayıb. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, İsa Qəmbər özü də bu təklifə isti yanaşır. O, Müsavatın “yad əllərə” düşməməsi üçün yenidən qolları çırmalayıb. 

Müsavat funksionerlərindən biri bizimlə söhbət zamanı İsa Qəmbərin gizli planını açıqlayıb. Bildirib ki, təkcə Müsavat daxilində deyil, həm də müxalif düşərgədə birləşdirici fiqur kimi xarakterizə olunan İ.Qəmbər yenidən başqan seçilməklə iki mühüm planını həyata keçirməyi hədəfləyir:

“İsa Qəmbər əmindir ki, onun Müsavat başqanı seçilməsi partiyanı yenidən gücləndirəcək. Amma əsas məqsəd Arif Hacılı başqan seçiləndən sonra partiyanı tərk edən müsavatçıları yenidən geri qaytarmaqdır”.  

Məlumatlı şəxs deyib  ki, həmin adamların çoxu hazırda məhbəs həyatı yaşayan professor Qubad İbadoğlunun ətrafındadır. İ.Qəmbərin yenidən başqan seçilməsi vaxtilə küsüb gedən müsavatçıların geri qayıtması ilə nəticələnəcək. 

“Bu plan hakimiyyətin də maraqlarına uyğun olduğu üçün iqtidar düşərgəsindən İsa Qəmbərə hər hansı problem yaradılacağı gözlənilmir”, - deyə tanınmış müsavatçı bildirib. 

Əsmətxanım RZAZADƏ 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10