Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO



“Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub”.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Tanınmış aparıcı Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı təfərrüat məlum olub. 

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində, Gənclik parkın qarşısında qeydə alınıb.

A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər “Hyundai” ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan “KIA Soul” markalı maşına çırpılıb.

Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

***

Aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb. 

Bu barədə A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib. 

O qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Aparıcı səhhətinin ağır olduğunu qeyd edib. 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10