Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

TALIŞ XANLIĞININ İNZİBATİ-ƏRAZİSİ VƏ MAHALLARI



1-ci yazı.   Xodaşirinı.Cəbiyevin təqtimatında

    Azərbaycan Respublikası çoxmillətli dövlət olmaqla, qədim tarixə mənsub olan bir sıra etnosların əzəli və əbədi vətənidir. Bu coğrafi məkanda yaşayan və etnik mənşəcə köklü aborigen xalqlar - albanlar, saxurlar, maqlar, madaylar, gellər, türklər, kadusilər və d. çiyin-çiyinə dayanaraq doğma vətənlərinin azadlığı uğrunda uzun əsrlər boyu yadellilərə qarşı sinə gərərək mübarizə aparmışlar. Müxtəlif etnosa mənsub olan fərqli insanlar eyni coğrafi məkanda birləşərək gah bu, gah da digər iri dövlətlərin işğalına məruz qalmışlar. Lakin bütün amansız, qanlı mübarizələrin gedişində, hər bir xalqın özünəməxsus milli təfəkkürü, mədəniyyəti, incəsəni, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, geyimi, folkloru, mətbəxi formalaşmışdır. Beləcə, insanların tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəlməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində Azərbaycan xalqı formalaşıb, təşəkkül tapıb,  günümüzə gəlb çıxmışdır. Doğrudur, xalq anlayışı həm quldarlıq həm də feodalizm qurluşları üçün xasdır, kapitalist münasibətlərinin inkişafında insan birliyinin yeni forması olan millət əmələ gəlir.

    Bu yazıda Azərbaycan ərazisində ta qədim zamanlardan mövcud olan ən qədim etnoslardan biri olan kadusilərin varisi sayılan talışlar barədə söhbət açmaq qərarına gəldik. 

Əsas məqsədimiz isə XVIII əsrin əvvəllərindən başlayaraq

talışların tarixi keçmişi, yaşadıqları coğrafi məkan və sayları barədə oxuculara müfəssəl bilgiləri çatdırmaqdırƏlbəttə ki, bu mövzuda indiyə kimi kifayət qədər deyilib də, yazılıb da. Tarix elminin atası Herodotdan (təqr. b.e.ə. 484 - 125) başlamış, ta indiyə qədər müxtəlif səyyahlar, salnaməçilər, tarixçilər, etnoqraflar, arxeoloqlar, o cümlədənStrabon

(təqrb.e.ə 63 - ən tezi 21, ən geci 24), Plutarx (b.e.ə. 350 - 430), Əbu Cəfər Məhəmməd İbn Cərir ət-Təbəri(838 - 923), Həmdullah ibn Əbubəkr Mustoufi Qəzvini(1281/82-1344/50), Rəşid-əd Din Fəzlullah ibn AbulXeyr Həmədani (1247-1318),  Aleksandr Düma (1802 - 1870), Aleksandr Xodzko (1804 -1891), J. D. Morqan(03.06.1857 - 14.06.1924), V. Veliçko (1860 - 1903), N.Y. Marr (06.01.1865 - 20.12.1934), V.V. Bartold (1869 -1930), B.V. Miller (31.10.1877 - 06.308. 1956), Seyid Əhməd Kəsrəvi Təbrizi (1890-1946), İ. M. Dyankov(1915-1999), B.A. Litvinskiy (1923-2010),  E. A. Qrantovski (1932-1995) və b. bu region və bu coğrafi məkanda yaşayan talışlar barədə xeyli sayda çox samballı, dəyərli, gərəkli yazılı məlumatlar qoyub getmişlər.

    Qələmə aldığımız mövzunun əsas hədəfi talışların tarixən yaşam arealı və sayları barədə məlumatları diqqətə çatdırmaq olduğundan, XVIII əsrin əvvəllərindən başlayaraq üzübəri, mənbələrdə olan faktlara istinad etməyi qərara aldıq. Əlavə məlumat üçün oxucuların diqqətinə onu da çatdırmağı lazım bilirəm ki, 1991-ci ildən başlayaq indiyə kimi bu sətirlərin müəllifi 13 dəfə İran İslam Respublikasında səfərlərdə olmuş, Tehran şəhərində, Şərqi Azərbaycan, ƏrdəbilGilanQəzvinZəncan ostanlarının (vilayətlərinin) məqalədə adları çəkilən bir sıra yaşayış məntəqələrində sıravi insanlarla, şair və yazıçılarla, musiqiçilərlə görüşlər keçirməklə, qələmə aldığı mövzü ilə bağlı şifahi sorğular aparmışdır.

 

 

    Talış xanlığı (1747-1826) 

şərqdən Xəzər dənizi,  

qərbdən Ərdəbil

şimal-qərbdən Qaradağ,

cənubdan Gilan, şimaldan Salyan, Cavad (sonradan Salyan xanlığı Şamaxı xanlığına birləşdirilmiş

Cavad xanlığı isə Şamaxı və Qarabağ xanlıqları arasında bölüşdürülmüşdür) xanlıqları ilə həmsərhəd idi.Mənbələrə istinadən diqqətə çatdıraq ki,

Talış xanlığının paytaxtı əvvəl Astara, 1747-ci ildən isə Lənkəran şəhəri olmuşdur. 

Talış xanları sülaləsinin banisi səfəvilər nəslindən olan, Ərdəbil əsilli Seyid Abbas, xanlığın banisi isə onun oğlu Cəmaləddin xandır (1747-1786). Cəmaləddin xanın sifətinin rəngi qara olduğundan daha çox Qara xan kimi tanınmışdır.

 

    1736-cı ildə Iran hökmdarı Nadir şah Əşar hakimiyyətə keçdikdən sonra yerli Talış hakimi qızılağaclı Musa xanı (Qızılağac indiki Masallı r.-da kənd) rusiyapərəstlikdə ittiham edərək onun yerinə Səfəvilərin yan qolunun nümayəndəsi olan Seyid Abbası Talış hakimi kimitanıdı. Tarixşünaslıqda bəziləri onun hakimiyyətinin başladığı 1736-cı ili Talış xanlığının yaranma tarixi hesab edir. 

Seyid Əli Kazımbəyoğlu qələmə aldığı "Cəvahirnameyi Lənkəran" əsərində (1869) II Şah Abbas Səfəvinin (1642/66) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildə babasının Seyid Müntəsir Billah olduğunu yazır, bu şəxsin də 20-ci nəsildən babası Məhəmməd Peyğəmbərdir (s.ə.v.v.). Yəni Seyid Abbasın 32-ci nəsil şəcərəsi ilə, ulu babası Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.v.v.) sayılır. Beləliklə, dolayısı ilə Seyid Abbas mənşəcə ərəb olmuşdur.

    1747-ci ildə Seyid Abbasın ölümündən sonra oğlu Seyid Cəmaləddin bəy (Qara xan) vərəsəlik hüququ ilə ikinci Talış xanı elan edildi, çünki Nadir şahın 1736-cı il fərmanına görə Talış xanlığı onların ailəsinə irs olaraq hədiyyə edilmişdi.  Daha dəqiq desək, Seyid Abbas bəy XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Güney Azərbaycandan Talış mahalına - indiki Lənkəran rayonunun Xarxatan kəndinə köçərək burada məskunlaşmışdı

Bu kənddə yaşadığı dövrdə  yerli feodallarla yaxın əlaqələr quran Seyid Abbas, həmin kəndin sahibi, boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evlənir. Həmin izdivacdan Seyid Abbas bəyin Seyid Cəmaləddin adlı oğlu dünyaya gəlir. Seyid Abbas bəy və Əsəd bəy 1736-cı ildə Muğan qurultayında iştirak etmiş, Nadir şah Əfşarın  hakimiyyətini tanıyaraq oğulları  Seyid Cəmaləddin bəyi və Əli bəyi şahın hərbi qulluğuna göndərmiş, orada isə onlara “yüzbaşı” rütbəsi verilmişdi. 

 

Qeyd:

   Muğan qurultayı və ya Suqovuşan qurultayı - Hotaki-əfqanları məğlubiyyətə uğradaraq, Osmanlı və Rusiya  tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi

Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək və özünü şah elan etmək məqsədilə Nadir xan 1736-cı ilin fevral-mart ayında  Muğan düzündəKürlə Arazın qovuşduğu yerdə - Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzun sürən müzakirələrdən sonra qurultay iştirakçıları 21 mart 1936-cı ildə - Novruz bayamı günündə Nadir xanın şah seçilməsinə razı oldular.

 

    Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı “Qara bəy”, Sio Əli bəy”, “Sioli bəy” (talış dilində “sio” - qara deməkdir) deyirdilər. O, Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq igidlik göstərərək fərqlənmişdi və buna görə hicri tarixlə 1154-cü ildə (miladi tarixlə 1741/1742-ci ildə) Nadir şah tərəfindən irsi "xan" titulu ilə mükafatlandırılmışdı.

    19 (20) iyun 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra onun yaratdığı imperiya tezliklə dağıldı, Azərbaycanda müstəqil xanlıqlar yaranmağa başladı. Cənubi Qafqazın digər hökmdarları kimi Cəmaləddin xan da özünü yarımüstəqil xan kimi təsdiqləyərək, 1747-ci ildə Talış xanlığının paytaxtını Astaradan Lənkərana köçürtdü.

 

                              Talış xanları

 

1. Cəmaləddin Mirzə bəy (Qara xan)             1747 - 1786

2. Mir Mustafa xan                                        1786 - 1812

3. Mir Həsən xan                                           1812 - 1826

 

 

                              Xanlıqda idarəçilik

 


    Xanlıq Xan,

mahallar naib

şəhərlər kələntər və qalabəyi,

kəndlər isə yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu.

Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. Onların əmək haqqı xidmətləri müqabilində xəzinə üçün toplanan vergi hesabına ödənilirdi.

 

                          Mahallar

 

  Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin Talış xanlığının mahalları ilə bağlı Səidəli KazımbəyoğluninCəvahirnameyi Lənkəran” və Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” əsərlərinə istinadən apardığı araşdırmalardan məlum olur ki, Azərbaycan ərazisində mövcud olan digər xanlıqlar kmi Talış xanlığı da mahallardan ibarət olmuşdur.

Tədqiqatçı tarixçi İ. Şükürzadə müəyyən mənbələrə istinad etməklə, Talış xanlığının mahalları, sayı və onların sərhədləri haqqında yazır: 

    “Tarixi mənbələrdə Talış xanlığının gah 10, gah da 11 mahaldan ibarət olması faktlarına rast gəlirik və eyni zamanda mahalların adlarında da fərqlilik vardır.

Xanlıq haqqında əsas mənbə fars dilində yazılmış Cavahirnameyi-Lənkəran” (Səidəli Kazımbəyoğlu(1869) və Əxbarnamə” (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu (1882/83) əsərləridir. Cavahirnameyi-Lənkəran” (“Səidiyyə”, B. 2005)  kitabında xanlığın mahallarının sayı 11 - Astara, Çayiçi Lənkəran, Drığ(Derığ), DəştvəndƏsalemQorqanrud, Muğan, UlufUcarudVilgic və Zuvand (səh.28),

Əxbarnamə”də isə 10 Astara, Alar, AdınabazarÇayiçiDrığ, Ərkivan, Xanbili, Lənkəran, Səfidəşt və Zuvand (B., 2009, səh.158) qeyd olunur.

    Maraqlı cəhət burasındadır ki, “Səidiyyə”də ÇayiçiLənkəran bir mahal kimi verildiyi halda, “Əxbarnamə”də onlar ayrı-ayrı mahallar kimi qeyd edilmişlər. Digər tərəfdən, Dəştvənd-Ərkivan, Ucarud-Səfidəşt fərqli mahallar deyildir. Tarixi mənbələrdə Dəştvənd bəzi mənbələrdə Ərkivan mahalı kimi adlandırılır.

    Mirzə Əhməd Mirzə Xudaverdi oğlu yazır: “Bu sətirlərin 

yazıldığı 1882-ci ildə böyük rus imperatorunun jurnalında Səfidəşt adı altında qeyd edilmiş o mahalın əsl adı Ucarud mahalıdır” (“Əxbarnamə”. B.,2009, səh.26). Lakin 1828-ci ildə tərtib edilmiş Talış xanlığının xəritəsində Ucarud və Səfidəşt iki müstəqil mahal kimi göstərilmişdir.

Əxbarnamə”də Səfidəşt, Alar və Adınabazar müstəqil mahal kimi təqdim edildikləri halda, “Səidiyyə”dəSəfidəşt, Alar və Adınabazar Ucarud mahalının tərkib hissələri kimi qeyd olunmuşlar

 

Göründüyü kimi “Səidiyyə” və “Əxbarnamə” əsərlərində Talış xanlığından bəhs edilsə də, bu kitablarda xanlığın mahallarının sayı və onların adları uyğun gəlmir”.

    “Cavahirnameyi-Lənkəran” (“Səidiyyə”) və “Əxbarnamə”  əsərlərinə istinad edərək adları çəkilən mahallar və onların sərhədləri barədə məlumatları aşağıda təqdim edirik: 

 

1.Astara mahalı

 

    Mahal cənubdan Qorqanrud, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic mahalı ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd kəndindən Buta kəndinə qədər uzanırdı. Şimaldan isə qonşu Çayiçi Lənkəran mahalı ilə əhatələnmişdi. Astara mahalı 10 fevral 1828-ci ildə Təbriz  yaxınlığındakı Türkmənçay kəndində Iran Rusiya arasında imzalanan Türkmənçay sülh müqaviləsi ilə iki hissəyə bölünmüşdür. 

 


 

2. Çayiçi Lənkəran mahalı

 

    Mahalın əsl adı Rüədılə adlanır (talış dilində ""- çay, "dılə"- içəri, yəni: çayın içi mənasındadır).

Mahal

cənubdan Astara, 

qərbdən Zuvand və Drığ mahalları, şimaldan isə Ulufmahalı ilə həmsərhəd idi.

Bu mahal Astaradan sonra Talışın 2-ci inzibati mərkəzi sayılmaqla, əhalisi əsasən çəltikçiliklə məşğul olurdu.

Mahal 22 kənddən ibarət olub, Lənkəran şəhərinin ətrafında yerləşirdi. 

İnzibati ərazinin Çayiçi adlandırılmasının səbəbi Lənkəran (Vazəru) çayının bu mahalın içindən axıb keçməsi ilə bağlıdır.

    “Qədim Həmat tarixdə”

kitabından oxuyuruq:

Çayiçi, Lənkəran mahalının içində həm də qədim bir mahal olmaqla, adı Xanbili mahalı olmuşdur. Xanbilimahalı Çayiçi Lənkəran mahalının dənizkənarı ərazisi olmuşdur. O, xanlıq dövründə ayrıca bir mahal idi” (V. Mirzəzodə, R. Xansıvo. B., 2015, səh. 62-63). 

    Qeyd edək ki, Səidiyyə” kitabında Xanbilinin adına 

mahal kimi rast gəlinmədiyi halda, “Əxbarnamə”dəLənkəran, Xanbili və Çayiçi müstəqil mahallar kimi qeyd edilmişdir

Çayiçi Lənkəran mahalı indiki Lənkəran rayonunun  Gərmətük (1971-ci ildən qəsəbə), Bəlləbur, Şürük, Kosalar, Şiləvar, Şıxəkəran, Xolmili, Mamusta, Siyavar, Kərgəlan, Şağlakücə, Qurunba, Rvo, Şovu, Digah, Darquba (Darğaoba), Velədi, Aşağı Nüvədi (1971-ci ildən qəsəbə), Yuxarı Nüvədi və s. kəndlərini əhatə etmişdir.
Haliyədə Lerik rayonuna tabe olan Hamarat və Bradikəndləri də Çayiçi Lənkəran mahalının tərkibində olmuşlar.

 

3. Dəştvənd mahalı

 

    Mahal 

şərqdən Xəzər dənizi

qərbdən Səfidəşt (Ucarud

mahalı, 

cənubdan Uluf

şimaldan isə Muğan mahalları ilə həmsərhəd idi. 

Mahalın ərazisi Bədəlan kəndindən (indi Masallı rayonunda kənd) Göytəpə çayına kimi uzanırdı.

"Cəvahirnameyi-Lənkəran" əsərində Dəştvənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir.  Bu mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda bu tarixi mahalın ərazisi qismən CəlilabadMasallı, Neftçala, Salyan rayonlarının tərkibindədir. İndiki Boradigah qəsəbəsi, mahalın tərkibində olmamışdır

    Dəştvənd mahalı Şərqdən Xəzər dənizinə, qərbdən isə 

Ucarud mahalının Masallıya yaxın olan kəndlərinə qədər olan ərazisini əhatə etmişdir (Konkret olaraq mahalın indiki Yardımlı rayonunun hansı ərazisinə qədər olması barədə mənbələrdə dəqiq məlumat yoxdur). 

Bu mahal Şimaldan Muğan, cənubdan isə Ulufmahalları ilə həmsərhəd olmuşdur.

 

4. Drığ mahalı

 

    Drığ (Derığ) mahalı 

cənubdan Zuvand

şimal-şərqdən Çayiçi Lənkəran,

qərbdən Ucarud (indiki Cəlilabad və Yardımlı rayonu) mahalları ilə həmsərhəd olmuşdur. 

Mahalın tərkibinə indiki Lerik (2008-ci ildən şəhərdir), Barzavu, Bızəy (Büzeyir), CəngəmiranCamaşairMondigah, Orand, Şingədulan, Gürdəsər, Lüəkon(Lüləkəran), Nüvədi, Noda, VistənSoriSavekon(Sifəkəran), Zenoni və digər kəndlər daxil idi. Mahal indiki Lerik rayonunun ərazisində yerləşirdi.

 

5. Zuvand mahalı

 

    Xanlıqda dağlıq mahal olmaqla, cənubdan Astara, 

şimaldan  Drığ (Derığ),

şərqdən Çayiçi Lənkəran mahalları ilə həmsərhəd idi. 

Zuvand mahalının tərkibində həm də balaca mahal statuslu Piran mahalı (mikroregion) olmuşdur.

Piran regionunun bir neçə kəndi, məsələn, Hamarat, BradiÇayiçi Lənkəran mahalına tabe edilmişdir.

Piran mahalının mərkəzi Veri kəndi sayılırdı. Zuvandmahalına Andurma, Anzoli, Veri, Çayrud, Rvarud, Küsəkəran, Siyov, Dico, Dizdipok, Tikəband, XəlifənoniZardoni və digər kəndlər daxil olmuşdur. Keçmiş Zuvand mahalı hazırda Lerik rayonunun ərazisinə daxil olaraq İran İslam Respublikası ilə həmsərhəddir.

 

6. Ucarud (Səfidəşt) mahalı

 

    Talış xanlığının mahallarından biri olmaqla, indiki Yardımlı və Cəlilabad rayonlarının bir hissəsini əhatə etmiş, digər hissəsi isə İran ərazisində Ərdəbil şəhristanının Germi rayonuna daxil olan beş nahiyədən birini təşkil etmişdir.

    Ucarud mahalı haqqında S. Kazımbəyoğlu yazır

Ucarud mahalı beş hissəyə bölünür.

1. Adnabazar (həm də mahalın mərkəzi idi),  

2. Muranguh,

3. Alar, 

4. Səfidəşt

5. Dilağarda tayfası. 

Mahal xanlığın şimal-qərb hissəsində Balharud(Bolqarçay) çayının cənub-şərqində, Talış dağlarının Burovar silsiləsinin şimalında yerləşmişdir” “Səidiyyə” B. 2005, səh. 47). 

 

7. Muğan mahalı

 

    Muğan mahalı Talış xanlığının şimal-şərqində yerləşirdi. 

Mahal cənubdan Dəştvənd,

qərbdən Ucarud mahalları,

şərqdən Xəzər dənizi, 

şimaldan Salyan xanlığı ilə həmsərhəd olmuşdur

Muğan mahalı indiki Cəlilabad və Biləsuvar rayonlarının ərazisinin müəyyən hissəsini əhatə etmişdir. 

Adından da göründüyü kimi mahal xanlığın Muğan ərazisinin müəyyən hissəsini, indiki Cəlilabad rayonunun ərazisi sayılan torpaqların bir qismini, o cümlədən Göytəpə şəhəri, Privolnoye, Qarazəncir və digər yaşayış məntəqələrini əhatə etmişdir.

 

8. Uluf mahalı

 

    Uluf mahalı 12 kənddən ibarət olmuşdur.

Mahal Lənkəran şəhərinin qədim sərhədi olan Ləkər körpüsündən (Girdəni kəndi) başlayaraq Bədəlankəndinə (Masallı r.) qədər uzanmışdır.  

Cənubdan Çayiçi Lənkəran,

şimaldan isə Dəştvənd mahalları ilə həmsərhəd olmuşdur. 

Mahalın eni isə Xəzər dənizindən Drığ (Derığ) mahalına qədər uzanmışdır. 

İndiki Lənkəran və Masallı rayonlarının bir sıra yaşayış məntəqələri Girdəni, Havzava, Veravul, Vilvan, Cil, Separadi, Mahmudavar, Boradigah, Bədəlan və s. Ulufmahalının tərkibində olmuşlar.

 

9. Vilgic mahalı

 

    Mahal 

cənubdan və qərbdən Ərdəbil xanlığı, şərqdən  Astara, 

şimaldan Ucarud və Zuvand mahalları ilə həmsərhəd idi.

Gülüstan sülh müqaviləsinə əsasən (12 oktyabr 1813) Vilgic mahalı İran şahlığnın hakimiyyəti altında qalmışdır.     

 

10. Korqanrud mahalı

 

    Xanlığın cənub mahallarından biri olmaqla, 

cənubdan  Əsalem mahalı,  

şərqdən Xəzər dənizi

şimal-şərqdə Astara və 

şimal-qərbdə Vilgic mahalları, qərbdən Ərdəbilxanlığının Xalxal  mahalı ilə həmsərhəd idi.

Mirzə Xudaverdi Zərgərə  görə Qorqanrud Türkmənçaysülh müqaviləsindən sonra İrana verilmişdir. Rus tarixçiləri isə bu ərazinin Gülüstan sülhündən sonra İranda qaldığını qeyd edirlər.  

Hazırda da bu ərazi həmin adla İİR-nın Gilanostanının tərkibindədir. Mahal öz adını həmin ərazidən keçən eyni adlı çayın adından götürmüşdür. Gülüstan sülh müqaviləsinə əsasən Korqanrud mahalı İran Hakimiyyəti altında qalmışdır.

 

11. Əsalem mahalı

 

    


 

Mahal cənubdan  Gilan, qərbdən Ərdəbil xanlıqları, şərqdən Xəzər dənizi, şimaldan Qorqanrud mahalı ilə həmsərhəd olmuşdur. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə  Əsalem Türkmənçay sülh müqaviləsindən sonra İrana verilmişdir.  

(“Talış xanlığı”. “Cenubxeberleri.com” saytı.19.03.2018)

 

 

    Qeyd:

    Rusiya ilə İran arasaında 12 oktyabr 1813-cü ildə imzalanan Gülüstan sülh müqavilələrinə əsasən Talış xanlığının aşağıdakı mahalları İran hakimiyyəti altında qaldı:

1. Astara (yarısı)

2. Əsalem

3. Vilgic

4. Qorqanrud

(1-ci hissənin sonu)             

 

İstifadə edilən mənbələr:   

                       

1. Н. Г. Волкова «Этнические процессы в Закавказье в XIX-XX вв.»Кавказский этнографический сборник. 4. М. Изд-во АН СССР. 1969.

2. Теймур бек Байрамелибеков - «Избранныепроизведения». Баку. «Елм ве техсил» - 2012.

3. Dirəxşan Hidayəti Fərd. Talışların etnik tarixinin öyrənilməsinin bəzi aspektləri. “Tarix və onun problemləri” № 1. 2014.

4. İldırım Şükürzadə. Talış xanlığı. “Cenub.az” saytı.19.03.2018

 

          XODAŞİRİN CƏBİYEV (CABBARİ)

Yazıçı-publisist, jurnalist-araşdırıcı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10