Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının xaricdə uğura imza atmış qadınlar yazısına 1-ci əlavə



Bu lingə də bax- https://cenub.az/15577-masallinin-olkemizden-kenarda-tehsil-alan-ve-hekim-kimi-calisan-xanimlari-2-ci-hisse.html


1. Mövsümova Nigar Rahim qızı-

Masallı rayonu. Masallı şəhəri


Moskva Beynəlxalq Əlaqələr Universitetini bitirib (Həmin nüfuzlu ali məktəbi bitirən 2-ci masallılıdır. Sovet dövründə isə bu məktəbi bitirən ilk şəxs ərkivanlı, 2 dəfə Masallıda icra başçısı işləmiş Teymur Yəhyayevolmuşdur). 

Nigar Mövsümova  hazırda uğurla bitirdiyi Moskva Beynəlxalq Universitetində kafedra müdirini əvəz edir və dərs deyir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Bir neçə dil bilir. Türkoloqdur üzrə. Bir neçə Beynəlxalq tədbirin iştirakçısı olub.

Onu da xatırladaq ki, Nigar xanım vaxtilə Masallıda çıxan “Çağırış” qəzetinin redaktoru olmuş şair Vaqif Hüseynovun qız, masallının tanınmış xanınədələrindən olmuş Xəlildadaşın oğul nəvəsidir.


2. Aysel Alışova Faiq qızı.  Masallı  rayonu, H. Aslanov küçəsi (İskəndərli ərazisi). 

Almaniyada  ali tibb təhsili alıb. Hazırda həmin ölkədəki Honnever şəhərindəki xəstəxanaların birində nervpatoloq işləyir


3. Nəzərova Safiya Cavid qızı. 

Masallı rayonu Ərkivan qəsəbəsi.

Rusiya  Federasiyasının Nijniy Novqorod şəhərində Lobaçevski adına Dövlət Universitetində Stomatologiya fakultəsində  təhsil alır. Xatırladaq ki, o, Ərkivanda boya-başa çatmış Cavid Nəzərovun yeganə qızıdır. Onu atası da, Rusiyanın Norilsk şəhərində eyni peşə ilə məşğuldur, həm də cərrahdır.  Xeyriyyəçidir.Xatırladaq ki, Cavid   bəy AVMVİB- nin Rusiyadakı Səlahiyyətli Nümayəndəsi,  bu ölkədə  həmyerlisi Rəşad Məmmədli ilə birlikdə təsis etdiyi “Fədailər” cəmiyyətinin yaradıcılarındandır.

4. Baxşıyeva Nahidə Tapdıq qızı 

Masallı rayonu, Ərkivan qəsəbəsi.

Rusiyada. İvanov şəhərində yaşayır. Tibb təhsilini də həmin şəhərdə alıb və adı çəkilən şəhərin mərkəzi xəstəxanasında mama - ginekoloq işləyir.

Cenub.az Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10