Sabir Rüstəmxanlı: “Xaricdə yaşamış bir çox ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq”
Qərənfil Dünyaminqızı: “İmkanı çatan həmvətənlərimiz bu cür işlərdə təşəbbüs göstərsələr, bu, Allaha da xoş gedər, bəndəyə də”
Akif Aşırlı: “Ünsizadə qardaşlarının Türkiyədə fəaliyyəti barədə arxiv sənədlər var, çox təəssüf ki, bizlərdən bunu araşdıranlar yoxdur”
1875-ci il iyul ayının 22-də “Əkinçi” qəzetinin çapı ilə Azərbaycan mətbuatının əsası qoyuldu. Əslində, bu tarix mətbuatın mətbəxindən uzaq, ancaq xəbər istehlak edən insanlar üçün ildə bir dəfə anılan özəl günlərdən sadəcə biridir. Amma mətbuat adamları, eləcə də ziyalı nəsil bu tarixi hər il lap bayram kimi qeyd edir. Ona görə ki, həmin tarixdə bu gün var olan Azərbaycan mətbuatının yaranması üçün ilkin addım atılıb. Bu, təkcə ilk olduğu üçün yox, həm də dövrün şərtləri daxilində çox çətinliklə atılmış bir addım olaraq da özündə böyük anlam daşıyır.
Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqını maarifə, elmə, təhsilə səsləyərək onu bu yolla zülm və cəhalətdən xilas etmək niyyətində idi. Nəticədə o, heç bir imkan və şəraitin olmadığı vaxtda yoxdan var yaradıb milli mətbuatın əsasını qoymağa nail olub. “Əkinçi” qəzeti 1877-ci il 29 sentyabrda sonuncu nömrəsi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Təbii ki, Həsən bəyin bu addımı davam etdirilərək dəstək görməli idi. “Əkinçi”dən sonra anadilli mətbuatın boşluğunu “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzeti doldurub. Həmin “Ziya” qəzeti ki, 1879-cu ildə “Əkinçi”dən sonra uzun hazırlıq işləri görülərək, çox çətinliklə Səid Ünsizadə tərəfindən çap etdirilib. Beləliklə, “Ziya” qəzeti “Əkinçi” qəzetindən sonra milli mətbuatımızda ikinci qəzetdir. Səid Ünsizadə həmin qəzeti öz şəxsi vəsaiti hesabına və qohum-əqrabasının, xüsusilə də qardaşı Cəlaləddin Ünsizadənin köməyi ilə oxuculara çatdırmağa nail olub. Bu yolda əziyyətlərə sinə gərən Səid Ünsizadənin də Həsən bəy Zərdabi kimi tək amalı xalqını, millətini maarifləndirmək, daha aydın görmək olub.
Təəssüf ki, ötən yazımızda da qeyd etdiyimiz kimi, xalqınının aydın günə çıxması üçün çalışan bir şəxsiyyətin məzarı belə, bir neçə il əvvəl tapılıb. Tapılmasına tapılıb, amma nə onun adına, sanına, şəxsiyyətinə yaraşar durumdadır, nə də bizim. Kötücəsi Zaur Ünsizadə tərəfindən tapılan qəbiri, bu yaxınlarda Türkiyədə doktorantura üzrə təhsil alan tələbələrimiz Nurlan ağa və Maral Nəcəfli ziyarət etmişdi. Əvvəlki yazıdan da məlum olduğu kimi, Səid Ünsizadənin qəbri uyuduğu qəbirstanlıqda “adsız məzar” deyə bilinir.
Qeyd edək ki, məzarın üzərində latın əlifbası ilə ad və soyadın yazdırılması, baxım işlərinin həyata keçirilməsi üçün tələbələrimiz İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət etmişdilər. Oradan bildirilmişdi ki, gərək Azərbaycandan rəsmi qaydada müraciət olunsun.
Vaxtilə vətəndən uzaqda yaşamaq məcburiyyətində qalan şəxsiyyətlərimizin bir sıra hallarda qəbirlərinin harada olduğunun bilinməməsi və ya bilindikdən sonra bu cür baxımsız qalması təbii ki, hər birimizi narahat edir. Bu kimi hallar bizim həmin işlərlə məşğul ola biləcək məsul qurumların da, vətəndaş olaraq bizlərin ayağına da laqeydlik deyə yazılır.
“İstanbul Bələdiyyəsində əminlik olmalıdır ki...”
“Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq”. Bu fikri Səid Ünsizadənin “adsız məzarı” istiqamətində söhbətimiz zamanı millət vəkili Sabir Rüstəmxanlı söyləyib. Həmsöhbətimiz “Ziya” qəzeti və Ünsizadə qardaşlarının mətbuat tariximizdəki yerindən söz açıb: “Ünsizadə qardaşlarının mətbuat tariximizdəki yerini hər kəs bilir. Ən azından ədəbiyyat oxuyan, mətbuatla maraqlanan kəsə bu, məlumdur. “Əkinçi” ilə “Molla Nəsrəddin” arasındakı dövrdə ən geniş yayılan qəzeti Ünsizadə qardaşları çıxarıblar. Ünsizadə qardaşlarının atası Cənubi Qafqaz qazisi olub, oğulları da Tiflisdə oxuyublar. Səid Ünsizadə təhsilini Bağdadda davam etdirib. Öz xalqının təhsilə marağını artırmaq, mədəni səviyyəsinin yüksəldilməsi, onları daha ciddi informasiyalarla təmin etmək niyyəti ilə qəzetlər buraxıblar. O dövrdə həmin qəzetlərin kifayət qədər də təsiri olub”.
Deputat buradan rəsmi qaydada müraciətlərin edilməsində və eləcə də bu istiqamətdə oradakı təşəbbüskar gənclərimizə dəstək olacağını bildirib: “Məndə olan məlumata görə, kötücəsi Səid Ünsizadənin qəbrini tapıb. Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq. İndi Səid Ünsizadənin də nəvəsi maraqlanıb, qəbrini tapıb. Azərbaycan tərəfi - Şamaxı Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Azərbaycan Jurnalistlər Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi – istənilən rəsmi orqan İstanbul bələdiyyəsinə müraciət eləsə, onlar bu işdə dəstək göstərə bilərlər. İndiki halda ölkəmizlə Türkiyə arasında münasibət elə həddədir ki, heç bir problem yoxdur. Buna görə düşünürəm ki, qəbrin abadlaşdırılması, adının yazılmasında bir problem olmaz”.
“Lakin İstanbul Bələdiyyəsinin də əlində həm rəsmi müraciət olmalıdır, həm də əminlik olmalıdır ki, bu, doğrudan da Səid Ünsizadənin qəbridir. Bu işə Türkiyənin bir sıra qeyri-hökümət təşkilatları, oradakı Azərbaycan dərnəkləri də yardım edə bilər. Türk Dünyası Araşdırmalar Vakfı, TÜRKSOY, Türkiyə Kültür Bakanlığı, oradakı iş adamları da bu işi görə bilərlər. Sadəcə olaraq bu işlə ciddi məşğul olan bir adam lazımdır. Yaxşı ki, azərbaycanlı tələbələr bu işə başlayıblar, buradan da dəstək məktubu göndərilməlidir. Ünsizadə qardaşlarının Azərbaycan mədəniyyət və mətbuatındakı yerini bilən adamlar Səid Ünsizadənin Azərbaycan mətbuatındakı yerini göstərən geniş bir arayış və Türkiyədə gördüyü işlərdən bəhs edən məktub yazmalıdır. Məncə, bələdiyyə çox asanlıqla bunu həll edər. Özüm də Türkiyədə bu işlə məşğul olan tələbə gənclərimizə dəstək olmağa hazıram”, - Rüstəmxanlı vurğulayıb.
“Bu, Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəədir”
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı açıqlamasında Səid Ünsizadə və onun fəailiyyəti barədə bir sıra faktlara toxunub: “Mətbuatımızın, kitab çapının, ilk mətbəələrin yaranmasında, inkişafında Ünsizadə qardaşlarının, xüsusən də böyük qardaş Səid Ünsizadənin çox böyük rolu olub. Təbii ki, Sovet dövründə Ünsizadə qardaşlarının da fəaliyyətinə obyektiv qiymət verilməyib. Xüsusən də Ünsizadələrin ruhani zümrəsinə mənsub olmalarına qarşı Sovet dövründə zidd mövqe sərgilənib, fəaliyyətlərinə qeyri-obyektiv qiymət verilib. Səid Ünsizadə çap və yaradıcılıq prosesinə qardaşları ilə yanaşı, övladlarını, bacısı uşaqlarını da cəlb etmişdi. “Ziya” qəzetinin ilk nömrəsinin işıq üzü görməsində - çapında, yayımlanmasında övladlarının, bacısı uşaqlarının da köməyi olub. Bir faktı qeyd edim ki, Səid Ünsizadə “Ziya” qəzetinin çapı üçün xüsusi mətbəə almışdı. O, öz xatirələrində bunu qeyd edir. Bu, Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəədir”.
Jurnalist qeyd edib ki, Səid Ünsizadə qəzet ətrafında azərbaycanlı ziyalıları da cəm edib, ana dilinin inkişafı üçün də çalışıb, lakin çətinliklə çapı baş tutan qəzetin sonradan bağlanma səbəblərindən biri də maddi çətinliklər olub: “Səid Ünsizadə özü rus dilini də çox yaxşı bilib. Lakin onun yazılarının əksəriyyəti ana dilindədir və onun ana dilinə qayğısı hiss olunur. Səid Ünsizadə özü kimi Azərbaycan dilini mükəmməl bilən ziyalıları da qəzetin nəşrinə cəlb edib. Ümumiyyətlə, Ünsizadələrin anadilli mətbuatın yaranmasında, mətbəə, kitab nəşri işinin fəaliyyətində çox böyük rolları olub. “Ziya” qəzetini yaşatmaq üçün də çox əziyyət çəkiblər. 1883-cü ildə “Ziyayi-Qafqaziyyə” mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürülüb. Qəzetin Şamaxıya köçürülməsi ilə bağlı senzura komitəsinin Səid Ünsizadəyə verdiyi şəhadətnamədən də görürük ki, hökumət buna icazə verib və burada qəzetin 11 sayı çıxıb. 1884-cü il iyul ayında “Ziyayi-Qafqaziyyə”nin sonuncu sayı çap olunub. Səid Ünsizadə maddi baxımdan çətinlik çəkdiklərini xatirələrində qeyd edir, qəzetin bağlanmasına bir səbəb də bu olur”.
Dünyaminqızı S.Ünsizadənin Çar rejimi haqda təhdid edildiyinə də toxunub: “Səid bəyin Tiflisdən Şamaxıya köçməsi ruhani fəaliyyəti ilə bağlı olub. Lakin Şamaxıda da qəzetin geniş fəaliyyətinə nail ola bilmir. Çar rejimi tərəfindən təhdid edilir, hətta, bu haqda Türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün yaxın şilahdaşı olan Yusif bəy Akçuralının "Türkçülüyün tarixi” əsərində də “Ünsizadələr mətbuatı” başlığı altında məlumatlar öz əksini tapıb. Orada Səid və Cəlaləddin Ünsizadə haqqında məlumat verilib. Çünki Yusif bəy Ünsizadə qardaşları ilə yaxın münasibətdə olub. Onların dünyagörüşünə, həyata baxışına bələd insan olub”.
Bugünkü gündə Səid bəyin qəbrinin baxımsız və diqqətdən kənar qaldığı haqda sualımızı isə Qərənfil xanım belə cavablandırıb: “Türk dövləti, xalqı hər sahədə həmişə bizə yaxın olub. Tarixən də bunu görmüşük, bu gün də şahidi oluruq. Bu işdə isə mən hesab edirəm, yaxşı olardı ki, bizim Türkiyədə yaşayan həmvətənlərimizdən dəstək görək. Orada yaşayan və bunu etməyə imkanı çatacaq çox sayda həmvətənimiz var. Onlar da bu və bunun kimi işlərin həllində dəstək göstərə, öz təşəbbüsləri ilə müəyyən işlər həyata keçirə bilərlər. Axı, ziyalılarımız vaxtilə bizim milli özünüdərk məsələsində çox əziyyət çəkiblər, bizim bugünkü günlərə gəlib çıxmağımızda onların böyük rolu var. Dediyim kimi, imkanı çatan həmvətənlərimiz də bu cür işlərdə təşəbbüs göstərsələr, bu, Allaha da xoş gedər, bəndəyə də”.
“Səid bəyin məzarı bilinsə də, qardaşının məzarı məlum deyil”
Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da, Ünsizadə qardaşlarının Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərindən söz açıb: “Səid Ünsizadənin qəbrinin üstündə “Məni axtaranlar kitabxanada tapsınlar” yazılıb. Azərbaycan milli mətbuatının əsasının qoyulmasında, inkişafında Ünsizadə qardaşlarının məxsusi xidmətləri var. Səid Ünsizadə baxmayaraq ki, özü üləma idi – Qafqaz sünni idarəsinə bağlı bir din alimi idi, ancaq elmə, təhsilə həmişə maraq göstərən və elmin inkişafında maraqlı olan bir insan olub. Ünsizadələr üç qardaş olublar – Səid, Cəlal (bəzən Cəlaləddin də deyirlər) və Kamal. Hər üç qardaşın da həm mətbuatımızın, həm də elmimizin inkişafında xidmətləri var. Səid Ünsizadə “Ziya” qəzetini buraxıb, bu qəzet sonradan “Ziyayi-Qafqaziyyə”yə çevrilib. Cəlal Ünsizadə tərəfindən 1883-cü ildə çıxmış “Kəşkül” jurnalının Azərbaycançılıq ideyasını, ümumiyyyətlə, Azərbaycanda milli şüurun, kimliyin axtarışında çox böyük xidmətləri var. “Kəşkül” jurnalında da ilk dəfə milli kimlik axtarışına çıxılıb, “Qafqaz müsəlmanları necə adlandırılmalıdır?” sualı ilə kimlik məsələləri araşdırılıb. Və burada deyilir ki, bunlar Azərbaycan türkləridir. Kamal Ünsizadə ilk dəfə “Azərbaycan” adında qəzet nəşr etdirmək istəyib”.
A.Aşırlı hesab edir ki, sözügedən qardaşların fəailiyyəti haqda bizdə çox ciddi araşdırmaların aparılmasına ehtiyac var: “Çox təəssüf ki, bu qardaşların fəaliyyəti ilə bağlı bizdə çox ciddi araşdırmalar aparılmayıb. Qardaşların dinə bağlılığı, İslam üləmaları olmaları Sovet dönəmində həmişə bir qırmızı xətt kimi bu insanların tədqiqatının qarşısını alıb. Əslində, Səid Ünsizadə uşaqlar üçün ilk kitab çap etdirənlərdən biridir. Eyni zamanda Azərbaycan mətbələrinin formalaşmasında bu qardaşların böyük rolu var. Tiflisdə “Ziya” mətbələri olub, həmin mətbəə Avropa tipində bir mətbəə olub. Orada təkcə bizim dini kitablar çap olunmurdu, rus, Avropa dillərindən əsərlər tərcümə olunaraq, çap edilib. Çox təəssüf ki, onların taleyi acınacaqlı olub”.
Onun sözlərinə görə, 20-ci əsrin əvvəlllərində Türkiyəyə köçmək məcburiyyətində qalan Azərbaycan ziyalıları orada bir sıra mətbuat orqanlarında məqalələrlə çıxış ediblər: “Hətta, Türkiyədə çıxan bir sıra qəzetlər Cəlaləddin Ünsizadənin ölümünü əməkdar bir türk jurnalistinin ölümü kimi qiymətləndirib, nekroloq çap ediblər. Səid Ünsizadənin qəbri məlum olsa da, Cəlaləddin Ünsizadənin qəbri məlum deyil. Biz qardaşların şəkillərini də tapa bilməmişdik. Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadə axtarış aparıb, onların şəkillərini əldə edə bilib. Eyni zamanda nəticələri, kötücələri İstanbulda yaşayırlar, hüquqşunasdırlar. Onlarla telefonla əlaqə saxlamışam, təəssüf ki, görüşə bilməmişik”.
Akif Aşırlı da bu işdə təşəbbüskar tələbələrimizə istiqamət verə biləcəyini qeyd edib: “Mənim bildiyimə görə, Ünsizadə qardaşlarının Türkiyədə fəaliyyəti barədə arxiv sənədlər var. Çox təəssüf ki, bizlərdən bunu araşdıranlar yoxdur. Həmin tələbələri tanıyıram, çox yaxşı ki, tələbələrimiz bu işlə maraqlanırlar, sağ olsunlar. Qeyd etdiyim kimi Cəlaləddin Ünsüzadənin də qəbri məlum deyil. Mən tələbələrimiz Nurlan Ağa, Maral Nəcəflidən xahiş edirəm, Ankara məzarlıqları müdirliyinə məktublar göndərsinlər, qəbri tapılsın. Yəqin ki məlumatlar olacaq, çünki Ankarada yaşayıb, o ətrafda dəfn olunduğu bilinir. Eyni zamanda da müəyyən kitabxanalar var ki, onlara sorğular vermək lazımdır. Qardaşların hansı kitabları, əsərləri var, onu öyrənək. Əldə olunan bilgilərin hesabına ziyalılarımızın həyatına işıq sala bilərik”.

S.Rüstəmxanlı söhbətimiz zamanı “Ziya” qəzetinin özünün də kifayət qədər öyrənilmədiyinə diqqət çəkib: “Təəssüf ki, Ünsizadələr bəxti gətirməyən ziyalılarımızdan olublar. Onlar dərslik də nəşr elətdiriblər. Ünsizadə qardaşlarının “Əkinçi” qəzetindən sonra çıxardıqları “Ziya” qəzeti elə özü də təəssüf ki, kifayət qədər öyrənilməyib. İndi bilmirəm, həmin qəzetlər bütövlüklə əldə varmı. Hər bir halda mən hesab edirəm ki, həmin qəzetlərin materiallarını yığıb çap eləmək çox vacib məsələdir”.
Deputat buradan rəsmi qaydada müraciətlərin edilməsində və eləcə də bu istiqamətdə oradakı təşəbbüskar gənclərimizə dəstək olacağını bildirib: “Məndə olan məlumata görə, kötücəsi Səid Ünsizadənin qəbrini tapıb. Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq. İndi Səid Ünsizadənin də nəvəsi maraqlanıb, qəbrini tapıb. Azərbaycan tərəfi - Şamaxı Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Azərbaycan Jurnalistlər Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi – istənilən rəsmi orqan İstanbul bələdiyyəsinə müraciət eləsə, onlar bu işdə dəstək göstərə bilərlər. İndiki halda ölkəmizlə Türkiyə arasında münasibət elə həddədir ki, heç bir problem yoxdur. Buna görə düşünürəm ki, qəbrin abadlaşdırılması, adının yazılmasında bir problem olmaz”.
“Lakin İstanbul Bələdiyyəsinin də əlində həm rəsmi müraciət olmalıdır, həm də əminlik olmalıdır ki, bu, doğrudan da Səid Ünsizadənin qəbridir. Bu işə Türkiyənin bir sıra qeyri-hökümət təşkilatları, oradakı Azərbaycan dərnəkləri də yardım edə bilər. Türk Dünyası Araşdırmalar Vakfı, TÜRKSOY, Türkiyə Kültür Bakanlığı, oradakı iş adamları da bu işi görə bilərlər. Sadəcə olaraq bu işlə ciddi məşğul olan bir adam lazımdır. Yaxşı ki, azərbaycanlı tələbələr bu işə başlayıblar, buradan da dəstək məktubu göndərilməlidir. Ünsizadə qardaşlarının Azərbaycan mədəniyyət və mətbuatındakı yerini bilən adamlar Səid Ünsizadənin Azərbaycan mətbuatındakı yerini göstərən geniş bir arayış və Türkiyədə gördüyü işlərdən bəhs edən məktub yazmalıdır. Məncə, bələdiyyə çox asanlıqla bunu həll edər. Özüm də Türkiyədə bu işlə məşğul olan tələbə gənclərimizə dəstək olmağa hazıram”, - Rüstəmxanlı vurğulayıb.
“Bu, Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəədir”
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı açıqlamasında Səid Ünsizadə və onun fəailiyyəti barədə bir sıra faktlara toxunub: “Mətbuatımızın, kitab çapının, ilk mətbəələrin yaranmasında, inkişafında Ünsizadə qardaşlarının, xüsusən də böyük qardaş Səid Ünsizadənin çox böyük rolu olub. Təbii ki, Sovet dövründə Ünsizadə qardaşlarının da fəaliyyətinə obyektiv qiymət verilməyib. Xüsusən də Ünsizadələrin ruhani zümrəsinə mənsub olmalarına qarşı Sovet dövründə zidd mövqe sərgilənib, fəaliyyətlərinə qeyri-obyektiv qiymət verilib. Səid Ünsizadə çap və yaradıcılıq prosesinə qardaşları ilə yanaşı, övladlarını, bacısı uşaqlarını da cəlb etmişdi. “Ziya” qəzetinin ilk nömrəsinin işıq üzü görməsində - çapında, yayımlanmasında övladlarının, bacısı uşaqlarının da köməyi olub. Bir faktı qeyd edim ki, Səid Ünsizadə “Ziya” qəzetinin çapı üçün xüsusi mətbəə almışdı. O, öz xatirələrində bunu qeyd edir. Bu, Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəədir”.
Jurnalist qeyd edib ki, Səid Ünsizadə qəzet ətrafında azərbaycanlı ziyalıları da cəm edib, ana dilinin inkişafı üçün də çalışıb, lakin çətinliklə çapı baş tutan qəzetin sonradan bağlanma səbəblərindən biri də maddi çətinliklər olub: “Səid Ünsizadə özü rus dilini də çox yaxşı bilib. Lakin onun yazılarının əksəriyyəti ana dilindədir və onun ana dilinə qayğısı hiss olunur. Səid Ünsizadə özü kimi Azərbaycan dilini mükəmməl bilən ziyalıları da qəzetin nəşrinə cəlb edib. Ümumiyyətlə, Ünsizadələrin anadilli mətbuatın yaranmasında, mətbəə, kitab nəşri işinin fəaliyyətində çox böyük rolları olub. “Ziya” qəzetini yaşatmaq üçün də çox əziyyət çəkiblər. 1883-cü ildə “Ziyayi-Qafqaziyyə” mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürülüb. Qəzetin Şamaxıya köçürülməsi ilə bağlı senzura komitəsinin Səid Ünsizadəyə verdiyi şəhadətnamədən də görürük ki, hökumət buna icazə verib və burada qəzetin 11 sayı çıxıb. 1884-cü il iyul ayında “Ziyayi-Qafqaziyyə”nin sonuncu sayı çap olunub. Səid Ünsizadə maddi baxımdan çətinlik çəkdiklərini xatirələrində qeyd edir, qəzetin bağlanmasına bir səbəb də bu olur”.
“Səid Ünsizadənin şəxsiyyəti, dünya görüşü ilə maraqlanıb tanış olanda necə vətənpərvər, ziyalı, maarifin, elmin inkişafını dəstəkləyən bir şəxsiyyət olduğunun şahidi oluruq. Ruhani olmasına baxmayaraq, liberal dünyagörüşünə sahib bir insan olub. Dövrünün tanınmış ziyalıları – Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Məhəmməd ağa Şahtaxtlı və bir sıra digər ziyalılarla dostluq münasibətləri olub və hər zaman da yeniliyin, maarifin dəstəkçisi olub”, - deyə jurnalist fikrini davam etdirib.
Dünyaminqızı S.Ünsizadənin Çar rejimi haqda təhdid edildiyinə də toxunub: “Səid bəyin Tiflisdən Şamaxıya köçməsi ruhani fəaliyyəti ilə bağlı olub. Lakin Şamaxıda da qəzetin geniş fəaliyyətinə nail ola bilmir. Çar rejimi tərəfindən təhdid edilir, hətta, bu haqda Türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün yaxın şilahdaşı olan Yusif bəy Akçuralının "Türkçülüyün tarixi” əsərində də “Ünsizadələr mətbuatı” başlığı altında məlumatlar öz əksini tapıb. Orada Səid və Cəlaləddin Ünsizadə haqqında məlumat verilib. Çünki Yusif bəy Ünsizadə qardaşları ilə yaxın münasibətdə olub. Onların dünyagörüşünə, həyata baxışına bələd insan olub”.
Bugünkü gündə Səid bəyin qəbrinin baxımsız və diqqətdən kənar qaldığı haqda sualımızı isə Qərənfil xanım belə cavablandırıb: “Türk dövləti, xalqı hər sahədə həmişə bizə yaxın olub. Tarixən də bunu görmüşük, bu gün də şahidi oluruq. Bu işdə isə mən hesab edirəm, yaxşı olardı ki, bizim Türkiyədə yaşayan həmvətənlərimizdən dəstək görək. Orada yaşayan və bunu etməyə imkanı çatacaq çox sayda həmvətənimiz var. Onlar da bu və bunun kimi işlərin həllində dəstək göstərə, öz təşəbbüsləri ilə müəyyən işlər həyata keçirə bilərlər. Axı, ziyalılarımız vaxtilə bizim milli özünüdərk məsələsində çox əziyyət çəkiblər, bizim bugünkü günlərə gəlib çıxmağımızda onların böyük rolu var. Dediyim kimi, imkanı çatan həmvətənlərimiz də bu cür işlərdə təşəbbüs göstərsələr, bu, Allaha da xoş gedər, bəndəyə də”.
“Səid bəyin məzarı bilinsə də, qardaşının məzarı məlum deyil”
Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da, Ünsizadə qardaşlarının Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərindən söz açıb: “Səid Ünsizadənin qəbrinin üstündə “Məni axtaranlar kitabxanada tapsınlar” yazılıb. Azərbaycan milli mətbuatının əsasının qoyulmasında, inkişafında Ünsizadə qardaşlarının məxsusi xidmətləri var. Səid Ünsizadə baxmayaraq ki, özü üləma idi – Qafqaz sünni idarəsinə bağlı bir din alimi idi, ancaq elmə, təhsilə həmişə maraq göstərən və elmin inkişafında maraqlı olan bir insan olub. Ünsizadələr üç qardaş olublar – Səid, Cəlal (bəzən Cəlaləddin də deyirlər) və Kamal. Hər üç qardaşın da həm mətbuatımızın, həm də elmimizin inkişafında xidmətləri var. Səid Ünsizadə “Ziya” qəzetini buraxıb, bu qəzet sonradan “Ziyayi-Qafqaziyyə”yə çevrilib. Cəlal Ünsizadə tərəfindən 1883-cü ildə çıxmış “Kəşkül” jurnalının Azərbaycançılıq ideyasını, ümumiyyyətlə, Azərbaycanda milli şüurun, kimliyin axtarışında çox böyük xidmətləri var. “Kəşkül” jurnalında da ilk dəfə milli kimlik axtarışına çıxılıb, “Qafqaz müsəlmanları necə adlandırılmalıdır?” sualı ilə kimlik məsələləri araşdırılıb. Və burada deyilir ki, bunlar Azərbaycan türkləridir. Kamal Ünsizadə ilk dəfə “Azərbaycan” adında qəzet nəşr etdirmək istəyib”.
A.Aşırlı hesab edir ki, sözügedən qardaşların fəailiyyəti haqda bizdə çox ciddi araşdırmaların aparılmasına ehtiyac var: “Çox təəssüf ki, bu qardaşların fəaliyyəti ilə bağlı bizdə çox ciddi araşdırmalar aparılmayıb. Qardaşların dinə bağlılığı, İslam üləmaları olmaları Sovet dönəmində həmişə bir qırmızı xətt kimi bu insanların tədqiqatının qarşısını alıb. Əslində, Səid Ünsizadə uşaqlar üçün ilk kitab çap etdirənlərdən biridir. Eyni zamanda Azərbaycan mətbələrinin formalaşmasında bu qardaşların böyük rolu var. Tiflisdə “Ziya” mətbələri olub, həmin mətbəə Avropa tipində bir mətbəə olub. Orada təkcə bizim dini kitablar çap olunmurdu, rus, Avropa dillərindən əsərlər tərcümə olunaraq, çap edilib. Çox təəssüf ki, onların taleyi acınacaqlı olub”.
“Hətta, Yusif Ağturalı “Ziya” qəzeti barədə yazır ki, qardaşlar Türkiyəyə meyilli olduqlarına görə çar Rusiyası tərəfindən təqib olunublar. Səid Ünsizadə təqiblərdən yaxa qurtarıb, İstanbula gedib, Sultan Əbdülhəmidin sarayında çalışıb. Əbdülhəmid ona vəzifə verib, çünki ərəb, fars, rus dillərini mükəmməl bilirdi, eyni zamanda da Qafqazadakı vəziyyəti çox yaxşı bilirdi. Sultan Əbdülhəmidə Səid Ünsizadə Rusiya, Qafqaz türkləri, müsəlmanları barədə kifayət qədər yaxşı istiqamətlər verirdi”, - baş redaktor diqqətə çatdırıb.