Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“ Video Mən Tofiqin aşiqiyəm...”



Oğul  Tofiq-ana Zərifə xanım sevgisi isə başqa bir dünya idi. 

https://youtu.be/lLVXA1V2ulM?si=D7xKu-778xOvtJ8j


Bəli, o, Tofiqin aşiqi idi, Tofiq onun.  Hamımız anamızı çox sevirik. Lakin oğul  Tofiq-ana Zərifə xanım sevgisi başqa bir dünya idi. Sanki bir ana - oğul dastana, ana-oğul sevgi məktəbi idi.

Tofiq həbsdə olanda Zərifə ananın necə haray saldığı, necə üsyan etdiyi, internet tv-lərdə necə həyəcan təbili çaldığı çoxlarının yadındadır.

Tofiqin-dövrümüzü Mirzə Ələkbər Sabiri kimi dəyərləndirilən ustadın  şeirlərinoxuyanda, bu şerlərdəki cəngavərruhunuyaramazlıqları xəncər kimi parçalayan, süngü kimi dəlmə - deşik edən misraları və onları Zərifə xanımın harayları fonunda xəyalımızda canlandıranda bir qənaətə gəlirsən -

belə oğulları ancaq Zərifə xanım kimi fədakar, həm də şair ruhlu analar dünyaya gətirə bilər.

Allah səni rəhmət etsin Zərfə xanım.Tofiq bəy, Ceyran xanım, sizlərə də səbr diləyirəm.

Biz Zərifə xanımla bir neçə dəfə görmüşük- Tofiqlə evinizdə müsahibə alanda, Masallıda xəstəxanada... Siz harada var idinizsə  orada NUR var idi, RUH idi. Siz də NUR içində yatın. Ruhunuz isə hamımızın qəlbindədir.

(Bir neçə il öncə Tofiq Həsənli ilə evlərində müsahibə alarkən Zəifə ananın da 2 dəqiqəlik çıxışını lentə almışdıq. Həmin videonu yazının əvvəlində sizə təqdim etdik. Videonun tam versiyası ilə aşağıdakı  “Xatalı şair”  Tofiq Həsənli və 87 yaşlı anası ilə söhbət” veriliş ilə aşağıdakı  linkdə tanış ola bilərsiniz.


Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10