Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yakuboviçin sərvəti ortaya çıxdı: 30 hektar ərazidə qəsr, 13 otaqlı mənzil...


MAGAZİN2


27 Fevral 2025 10:38





Məşhur teleaparıcı Leonid Yakuboviçin Moskva vilayətində qəsri var. 

Publika.az xəbər verir ki, bu barədə "SHOT Telegram" kanalı məlumat yayıb.

Şoumenin 30 hektar ərazidəki qəsrinin Moskva vilayətinin İstrinski rayonunun Velednikovo kəndində yerləşdiyi bildirilir. Ümumi dəyəri bir milyard rubl qiymətləndirilir. SHOT-a görə, teleaparıcının Karetni Ryadda 60 kvadratmetrlik iki otaqlı mənzili və Moskvadakı Xamovnikidə on otaqlı mənzili var.

On otaqlı mənzil demək olar ki, bütün üçüncü mərtəbədə yerləşir və onun dəyəri 202 milyon rubl qiymətləndirilir. Teleaparıcının Moskva vilayətinin Odintsovo rayonunun Sivkovo kəndində kiçik evi və hamamı olan 13 sot torpaq sahəsinin də olduğu vurğulanır. Bu əmlakın qiyməti 16 milyon rubl olaraq qiymətləndirilir.


Bundan əlavə, nəşr Yakuboviçin yol hərəkəti qaydalarını pozduğuna görə ümumi məbləği 42 min rubl olan 64 cəriməsinin olduğunu müəyyən edib.

Tural






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10