Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DÜNYAParalel kainatın varlığına dair SÜBUTLAR TAPILDI26


Fevral 2025 09:00






ABŞ və İsveçrədən olan fiziklər paralel dünyaların mövcudluğuna dair ilk mümkün sübutu əldə etdiklərini açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "News Frol" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, alimlər hissəciklərin sürətləndiricisində anomal kvant kənarlaşmaları aşkar ediblər. Belə dəyişiklikləri klassik elm baxımından izah etmək olmaz. Aparıcı ekspert hesab edir ki, əldə edilən məlumat atomaltı səviyyədə reallığımızla qarşılıqlı əlaqədə olan görünməz “kölgə” kainatın mövcudluğundan xəbər verə bilər.

"Əgər fərziyyə doğru olarsa, bu, müxtəlif ölçülər arasında hərəkət etməyə imkan verəcək texnologiyaların inkişafına yol açacaq", - məqalə müəllifləri belə qənaətə gəliblər.


Bundan əvvəl Yerdənkənar Kəşfiyyatın Axtarışı (SETI) İnstitutunun beynəlxalq alimlər qrupu 100 MHz diapazonunda yadplanetli radiosiqnalları aşkar etmək üçün ilk dəfə olaraq qalaktikalararası axtarış həyata keçirib. Tədqiqat 2800 qalaktikanı əhatə edib.

Hüseyn İbadlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10