Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda dəm qazından boğulan ana və 2 əkiz uşaqların FOTOSU - YENİLƏNİB



Masallıda dəm qazından boğulan ana və uşaqların FOTOSU  - YENİLƏNİB

Masallıda dəm qazından boğularaq ölən ana və övladlarının fotosu yayılıb.

Lent.az sosial şəbəkələrə istinadən onların fotosunu təqdim edir:

***

11 mart, saat 11:48

3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10