Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Regional Dövlət Kollecin müdiri dəyişdi



Cenub.az bildirir ki, Vidadi Nəzərov 65 yaşı tamam olduğu üçün vəzifəsi ilə vidalaşdı. Bəs bu vəzifə kimə həvalə edildii?

Bu gün.  03 mart 2025-ci ildə 65 yaşı tamam olduğu  üçün V. Masallı Regional   Dövlət    Kollecinin direktoru vəzifəsi ilə  vidalaşıb.   Xatırladaq ki,  Vidadi Nəzərov  1959-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji  Universitetini bitirib.. Bundan əvvəl  Masallı Təhsil Şöbəsində  məsləhətşi.  Masallıdakı “Dəfinə“ liseyində direktor vəzifələrində   çalışıb. 2014-cu  ildən,  Masallı  Regional Dövlət  Kolleci yaranan . vaxtdan  bu vaxta kimi, 11  il həmin məktəbin direktoru  vəzifəsində çalışıb. “Tərəqqi”  medallıdır. Vidadi müəllim Masallının  ən dəyərli ziyalılarındadır. Olduqca səmimi, diqqətıi, dost qədri bilən adamdır.

Vidadi müəllimin çalışdığı  əvvəlki vəzifəsinə təyinat alan  Rövşən Qurbanov isə 1978-ci ildə Masallı rayonunun Təzə Alvadı  kəndində  anadan olub. Filologiya elmiləri üzrə fəlsəfə doktorudur.  Bu vaxta qədər  Masallı Dövlət Regional  Kollecində müəllim işləmişdir.   Təzə Alvadı Xeyriyyə Cəmiyyətinin sədridir. Kifayət qədər səmimi, saf,   xeyirxah adamıdr.

Hər iki şəxsə uğurlar- Vidadi müəllimə gözəl qocalıq, Rövşən müəllimə isə   Masallı təhsili  sahəsində  çox səmərəli fəaliyyət arzulayırıq. 

Xatırladaq ki,  dəyişiklik bu gün  Elm və Təhsil Nazirliyində rəsmiləşib, sabah isə təhvil-təslim və təqdimat olacağə.

Cenub.az üçün hazırladı- Turan Əlisoy






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10