Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad sakini intihara cəhd edib


Cəlilabadda intihara cəhd olub.

Hadisə rayonun Uzuntəpə kəndində baş verib. 1994-cü il təvəllüdlü Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzini içib, sonra isə üzərinə tökərək özünü yandırmaq istəyib.

Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. O, yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Yaxınlarının dediyinə görə M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır./APA






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10