Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu dərəcədə plastik əməliyyat etdirmək olmaz, hamı bir-birinə oxşayır...” - FOTOLAR


“Heç vaxt plastik əməliyyat etdirməmişəm. Çünki xoşlamıram, bundan əlavə də heç bir kompleksim yoxdur. Bu hər insanların daxilindən gələn bir istəkdir. Əgər xanımların kompleksi varsa, etdirə bilərlər. Yetər ki, bu onların qüsurlarını örtsün. Bəzən harasa gedirəm, görürəm ki, 3 qadın yan-yana oturub, baş açmaq olmur ki, hansı hansıdır?! Bu dərəcədə plastik əməliyyat etdirmək olmaz, hamı bir-birinə oxşayır. Bu həm də həkimin səriştəsizliyindən yaranır. Amma bəzən plastik əməliyyatı edən həkimə gəlib deyirlər ki, məni filankəsə oxşat. Həkim də məcburdur ki, pasiyentin dediyini etsin”.
 
Bunu açıqlamasında əməkdar artist, tanınmış florist-rəssam, aktrisa Suğra Bağırzadə deyib.
“Hər kəs tərəfindən hörmətlə, izzətlə qarşılanıram. Şikayətim yoxdur, bütün qapılar üzümə taybatay açıqdır. Bəzən harasa gedirəm, lazımdır ki, mütləq orada növbədə dayanım, insanlar o dəqiqə məni hörmətlə növbəsiz yola salırlar. İnsanların bu xoş münasibəti mənim ən böyük nailiyyətlərimdəndir” deyə aktrisa bildirib.
 
Əməkdar artist indiki dövrlə öz dövrünü müqayisə də edib. 
“Müasir dövrdə hər bir şey pulla bağlıdır. O vaxt tamam başqa cür idi. Nəvələrimlə bəzən söhbət edirəm, deyirəm ki, mən sizə dünən o qədər pul verdim, bu gün niyə sizin pulunuz yoxdur? Deyirlər ki, gedib kafedə oturduq, kofe içdik, yemək yedik, qurtardı. Deyirəm ki, biz sizin yaşınızda belə etmirdik. Deyirlər ki, siz Sovet məkanının adamlarısız, biz isə internetin. (gülür)” - deyə aktrisa bildirib.
 
Sənətkar aktyorluq sənətində təhsilin yox, praktikanın vacibliyindən danışıb.
 
“Aktyor istedadı Allahdan bir vergidir, amma oxumaq, təhsil almaq bunu təsdiqləyir. Yaxşı olardı ki, təhsil alsınlar. Dünyanın məşhur aktyorları var ki, heç diplomları yoxdur, amma istedadları böyükdür. Aktyor sənəti təhsildən də çox praktika ilə yetişir. Mən də 2-ci sinifdə oxuyandan dublyajlar edirdim. Bir bilsəniz ki, mən nə qədər böyük sənətkarlarla görüşürdüm. Onların hərəsindən bir şey öyrənirdim” deyə sənətkar bildirib./Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10