Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran casusları kataloqdan seçdikləri azərbaycanlı xanımlarla... - ŞOK FAKTLAR


Azərbaycanda İrana bağlı şəbəkəyə qarşı keçirilən əməliyyat molla rejiminin ölkəmizdəki casusluq fəaliyyətini yenidən gündəmə gətirdi. İran hələ 1990-cı illərdən Azərbaycanda özünə bağlı şəbəkənin formalaşdırılması istiqamətində aktiv işlər görüb. Bu prosesdə din əsas alət olsa da, maliyyə və şantaj kimi vasitələrdən də istifadə olunub.

Türkiyə mediasında İranın Azərbaycandakı casus şəbəkəsi haqda yazılanlar yeni detalları açır.

“Türkiyə” qəzetinin araşdırmasına görə, İran 1996-cı ildə “Azərbaycan masası” adlı xüsusi bölmə yaradıb və Azərbaycana 3500 casus göndərib.

“İran xüsusi xidmət orqanları ETTELAT və SEPAH üzvlərindən 4 min kəşfiyyatçı seçib. Bu kəşfiyyatçılar Azərbaycan dilini, mədəniyyətini və coğrafiyasını bilənlərdən ibarət olub. Sonra İranın Bakıdakı səfirliyi Azərbaycanda dini meylli ailələr haqqında araşdırma apararaq, hesabat hazırlayıb. İran casusları ilə bu ailələrin qohumluğu həyata keçirilib. Ailə həyatı quraraq, Azərbaycanda yaşamağa başlayan İran casusları bu ad altında gizlənib və topladıqları məlumatları Tehrana göndəriblər”, - qəzet yazır.

Hətta qeyd olunur ki, İran casuslarının bəziləri biznes sahəsindən tutmuş, mülki və hərbi sektorda da vəzifələrə yüksələ biliblər.

Qəzet yazır ki, Azərbaycan xüsusi xidmət orqanları 1997-2011-ci illərdə İran casuslarının böyük hissəsini ifşa ediblər: “Ələ keçirilən casuslardan əldə olunan məlumatlara görə, onlar casusluq fəaliyyətinə başlamaq məqsədilə ailə həyatı qurduqları azərbaycanlı xanımları xüsusi hazırlanan kataloqdan seçiblər”.

Qəzetin araşdırmasına görə, İranın Azərbaycana göndərdiyi 3500 casusdan 700-ü hələ də gizlənməyə nail olub.

Qeyd edək ki, İranın casus şəbəkəsi xüsusilə 2015-ci ildə Nardaran hadisələrindən sonra gizlənməyə başlayıb və zaman-zaman dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradırlar.

Asif/Publika.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10