Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alimlər insanı siqaret və xroniki xəstəliklərdən daha tez qocaldan bəlanın adını açıqladı...


"Kədər, tənhalıq və ruh düşkünlüyü insanı daha sürətlə qocaldır..."

Çinin Honkonq universitetinin və Stenford universitetinin "Deep Longevity" uzunömürlülük üzrə Honkonq şirkətindən olan alimlərinin birgə tədqiqatı göstərib ki, kədər, tənhalıq və özünü xoşbəxt hiss etməmək duyğusu insanı siqaretdən və ya xroniki xəstəliklərdən daha tez qocaldır.
 
Bu barədə Amerikanın "Hill" nəşri yazıb.
 
Tədqiqat çərçivəsində mütəxəssislər 4846 yaşlı çinlilərin sağlamlıq haqqında məlumatlarını öyrənib.
 
Bu məlumatların toplaması Çində 2015-ci ildə təqaüdə çıxmaq üçün ən yaxşı yaşın müəyyən edilməsi üçün əhalinin sağlamlığının uzunmüddətli öyrənilməsi çərçivəsində aparılıb. 
 
Məlumatlara qanın 16 biomarkeri, o cümlədən xolesterin və qlükozanın miqdarı, habelə sağlamlıq haqqında başqa məlumatlar - arterial təzyiq, bədən kütləsi indeksi, ağciyərlərin funksiyası və cinsiyyət daxil olub.
 
Müəyyən edilib ki, tənhalıq, narahat yuxu və yaxud xoşbəxt olmamaq duyğusu insanı daha tez qocaldır.
 
Yəni ruh düşkünlüyü siqaret, insult və ya qaraciyər və ağciyərin xroniki xəstəliklərindən daha tez qocaldır. 
 
"Mütəxəssislərin təxmini hesablamalarına görə, ruh düşkünlüyü insanın bioloji yaşına orta hesabla 1,65 il əlavə edir.
 
Müqayisə üçün siqaret çəkmək 1,25 il, pis yuxu 0,44 il əlavə edir", - Hill yazır.
 
Tədqiqat həmçinin göstərmişdir ki, bəzi sosial amillər, məsələn nikahın statusu, yaşayış yeri (şəhər və ya kənd yeri) və tibbi xidmətə çıxış həmçinin bioloji yaşa təsir edir. 
 
Bioloji yaş pasport yaşından onunla fərqlənir ki, orqanizmin ümumi vəziyyəti ilə müəyyən edilir.
 
Lakin pasportdakı rəqəmlərdən fərqli olaraq, onu idarə etmək mümkündür.
 
Bu, qida rejiminin nizama salınması, fiziki hərəkətlər və öz ruhi sağlamlığının qayğısına qalmaq yolu ilə edilir./moderator az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10