Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənov: - Edə biləcəyimiz, lakin etmədiyimiz işlər


Yaxud, bir Hacı Elşad və Həsənlidə ata xatirəsini əbədiləşdirmək nümunəsi

Cenub.az bildirir ki, daha böyü-böyük məsələləri – korrupsiya, işsizlik, narkomaniya... filan məsələləri demirəm, amma elə sadə məsələlər var ki, onların həlli olduqca sadədir.

Bu gün Azərbaycanda yeni dərs ili başlandı. Bilik günü olmasa da, yüzlərlə uşaq deyə-gülə məktəblərə yollandı.

Bəs bilən oldumu, rayonumuzda necə uşaq ayaqqabısı, çantası, dəftəri-qələmi, məktəb forması olmadığı üçün (daha borca alının məktəb avadanlığını və formasını) neçə uşaq məktəbə gedə bilmədi? Belələrinin sayı, inanın ki, ən azı yüzlərlədir.

Bu məsələni bir neçə dəfə gündəmə gətirmişik. Bəzən nümunə də göstərmişik. Məsələn, ötən dərs ilində ərkivanlı iş adamı Hikmət Məmmədovun eləcə də xeyriyyəçi Rusif Kərimovun dəstəyi ilə yüzdən artıq imkansız ailənin övladlarına çanta, dərs ləvazimatı paylanıldı.

Digər ərazilərdə də nümunələr var. Məsələn, Tüklə kəndində iş adamı Hacı Elşad öz şəxsi vəsaiti hesabına 15 imkansız ailənin övladına məktəbli forması, çanta və dərs ləvazimatı alıb və paylayıb. O cümlədən, Tüklə məktəbinə 900 manata yaxın zəruru avadanlıqlar və dərs vəsaiti alıb.

Bu yazını bitirən məqamda məlumat aldıq ki, Masallı İHB-nin sabiq müavini Nəsir Muxtarlı bu gün rəhmətə gedən atasının xatirəsinə kəndin  bərbad vəziyyətdə olan əsas yolun 1 kilometrlik hissəsini, eləcə də kənd məktəbinə gedən yolu abadlaşdırmağı öhdəsinə götürüb.

Belə nümunələri bütün rayon üzrə kütləvi hərəkata çevirmək olmazdımı?

Olardı. Həmdə çox rahatlıqla yüzlərlə insan bu hərəkata qoşulardı. Hər kənddə 10-15 uşağın məktəb ehtiyacını ödəmək nə çətin imiş ki?

Sadəcə təşəbbüskarlıq və həmin təşəbbüsə təkan verən təşkilatçılar çatışmır.

Bəs, həmin təşkilatçılar kim olmalıdır?

Hamısını mən deməli deyiləm ki, 1-2-ni də siz deyin.

Cenub.az.  Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10