Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda dəhşətli hadisə: Tanımadığı qadını müdafiə edən Vətən müharibəsi iştirakçısı qətlə yetirildi


Bakının Nəsimi rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Muradov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Onun ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N.Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

***

Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunun məlumat yayıb. Xəbərdə bildirilir ki, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına  bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir./apa






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10