Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin generalları cəzalandırır – Britaniya kəşfiyyatı siyahı açıqladı


Son həftələrdə Rusiya Ukraynaya təcavüzünün ilk mərhələlərində zəif fəaliyyət göstərdiyi hesab edilən yüksək rütbəli komandirləri işdən çıxarıb”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Elit 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da aprel ayında “Moskva” kreyserinin batmasından sonra işdən çıxarılıb.

Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, çox güman ki, vəzifəsində qalacaq, lakin onun Prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil.

Ehtimal ki, Rusiya hərbi və təhlükəsizlik sistemində səhvləri ört-basdır etmək və "günah keçisi" axtarmaq mədəniyyəti bərqərardır”, - məlumatda qeyd olunub.

Britaniya kəşfiyyatının informasiyasına əsasən, Ukraynanın işğalında iştirak edən bir çox rəsmi Rusiyanın əməliyyat uğursuzluqlarına görə şəxsi təqsirindən qaçmağa çalışacaq: “Bu, çox güman ki, Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət modelini daha da gərginləşdirəcək, çünki zabitlər getdikcə daha çox əsas qərarları öz rəhbərlərinin qəbul etməsinə çalışırlar. Bu şərtlər daxilində Rusiyanın təşəbbüsü geri qaytarması çətin olacaq”. /Azpolitika.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10