Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara. Cəltikçilik zülmdür, ya bəxtəvərlik?


Ləzzətlə yediyimiz plovun necə zülmlə başa gəldiyindən xəbərdarsınız?

Torpaq sahibi  Fərahim Tağıyev 20 ildən çoxdur ki, çəltikçiliklə məşğul olur. Hər il  0,30  hektardan çox çəltik əkir. Əldə etdiyi məhsulla öz ailəsini dolandırır. Bu ildə də bir o qədər çəltik əkini nəzərdə tutub. Əkin gecikib. Onun əkin sahəsində iki traktor işləyirdi:

Köhnə texnikalardır. Sınanda işlərimiz qalır. Texnika olmadığına görə torpağı indi sürürəm. Halbu ki, şitil əkməli idim. Çəltik əkinində yenilik yoxdur.  Yeri traktor sürür, məhsulu kombayn yığır. Qalan işləri əl ilə görürük. İyirmi il bundan əvvəl belə idi, indi də belədir. Servisdən gələn texnika işi baha görür. Xərcimiz çox çıxır. Şitili əkən texnika gətirmişdilər, bizə sərf etmədi.”

O, əlavə edib bildirir ki, düyünün satışında da problemlər var. Düyü vaxtında satılmır:

“Elə sahibkarlar var ki, məhsulun çoxu əlində qalıb. Gərək məhsul vaxtında satıla ki, onun pulu ilə torpağı növbəti əkinə hazırlaya biləsən. Problemdir. Əkinə yararlı torpağımız azdır. Hər təsərrüfata 30-40 sot torpaq düşüb. Elələri var ki, icarəyə götürüdüyü torpağı əkir. Xərcini çətinliklə çıxardırıq. Yeri şumlamaq, mala vurmaq, digər işlərin xərcləri artıb. Çətin də olsa əkirik. Biz həm də mal-qara saxlayırıq. Çəltikçiliklə dolanmaq çətindir.”

Yaxınlıqda qadınlar çəltik əkir. Əkinçilər deyir ki, bu başdan tez əkirlər ki, o başdan məhsulu tez yığısınlar. Kecikəndə məhsul yığımı yağışa düşür. Onda məhsul itkisi daha çox olur. Torpaq sahibi Tağıyev Namik də satışda problemlərin olduğunu bildirir:
“Gübrə , dərman vermirik. Məhsulumuz ekoloji cəhətdən təmizdir. Çox ağır sahədir. Dövlət bizdən düyünü tədarük etsə, yaxşı olardı. Kömək olsa, bir az da genişləndirərik. Kömək görmürük.”

Traktor yanımızda dayanır. Traktorçu Hüsen Həsənov ehtiyat hissələrinə ehtiyac olduğunu dilə gətirir:
1972-ci iliin traktorudur, mühərrikin dəyişməsinə ehtiyac var. İcarəyə götürmüşəm. Hər dəfə təmirə dayananda 2-3 min manat pul xərcləyirəm. Mühərriki dəyişmək üçün 1800 manat xərc istəyir. Ehtiyat hissələri olsa, işin öhdəsindən vaxtında gələrik. Köhnə traktordur, ehtiyat hissələrini tapmaq olmur. Günlərlə traktor təmirə qalır.”

Artipa kənd sakini , sahibkar Mehman Quliyev orta məktəbdə dərs deyir. Düyü dəyirmanı var, çəltik əkini ilə də məşquldur. O, düyünün satışında problem görmür:

“Artupa kəndin ərazisində yetişdirilən düyünün satışında problem yoxdur. Anbarda düyü qalmayıb. Gəlirlər, zəng edirlər, düyü istəyirlər. İldə dəyirmandan 70-80 ton Artupa düyüsünü satıram. Astaranın digər yerlərində yetişdirilən düyülər var. Bizim kəndin düyüsü qurtarıb. Bizdə düyü əsasən əl ilə yetişdirlir. Astaracayın suyu ilə suvarılır. Buna görə dadı, tamı yaxşıdır.”

Onun fikrincə ölkədə gedən bahalaşma cəltikciliyin inkişafına mənfi təsir göstərir:

“Torpaq sahibi vaxtında pul tapa bilmir, iş görə bilmir, nəticədə sahələr əkilməmiş qalır. Yerin şumlanması yüz faiz bahalaşıb. Fəhlə günə 20-25 manata işləyir. Düyünün qiyməti də qalxır. Artupanın “Həsəni” düyüsünün bir kiloqramı 4-5 manatadır. Hər kəs ala bilmir.”

O, yaxınlıqda işləyən qadınları göstərib deyir ki, əsas işi onlar görür:
“Görürsüz, sahədə calışanlar arasında qadınlar çoxluq təşkil edir. Qadın əməyindən çox istifadə olunur. Mini texnikalar lazımdır ki, palçığın içində hərəkət edə bilsin, qadınlarımız əziyyətə düşməsin. Biz 21-ci əsirdə yaşayırıq, amma yenə əl əməyidir. Bir problemimiz də var. Subsidya ala bilmirik. Vermirlər, bəhanə gətirirlər. Çəltik sahəsində iş gedir, bu günə kimi bir cavabdeh şəxs oraya baş çəkməyib.

Astara Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov torpaq sahiblərinin qaldırdıqları problemlərə aydınlıq gətirir:

“Elektorun kənd təsərrüfatı portalı var. Biz ora girirk, subsidya üçün verilən sənəd inteqrasiyadan gəlmirsə, qəbul edə bilmirik. Sahibkarın sənədi gəlməyəndə biz ona deyirik ki, get əmlakda aydınlaşdır. Bəzən görürsən ki, icarə müqaviləsi olmadan başqasının torpağını əkirlər. Bu da qanun uyğun deyil. Çox vaxtı əkdiyi yerlə əlindəki sənəd düz gəlmir. Bizim maraqmızdadır ki, torpağını əkib, becərən adam subsidya alsın.”

Onun fikrincə kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrini tapmaq çətin deyil:

“Masallıda, Cəlilabda Lənkəranda traktor hissələri satan yerlər var. O yerlərdə bütün ehtiyat hissələri satılır. Azad bazar iqtisadiyyatıdır, həmin sahəni də bazar tənzimləyir. Bizim kənd təsərrüfatı texniklarının ehtiyat hissələrini satan yermiz yoxdur.”

Onun dediyinə görə düyünün satışında problemlər var:

“Məhsul tədarükü ilə bağlı məsələnin üstündə işləyirlər. Biz də təkliflərimizi vermişik. Həqiqətən də kəndlilər əldə etdikləri məhsulu vaxtında sata bilmirlər. Onu biz bilirik. Ötən il Astara rayonunda 240,6 hektarda çəltik əkilib, 998 ton çəltik tədarük olunub. Bu il 250 hektarda çəltik əkini nəzərdə tutulub. Artıq 58 hektarda çəltik əkini aparılıb..”

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisin fikrincə çəltikçilikdə problemlər olduğu kimi qalır:

“Azərbaycanın düyüyə olan bir illik tələbatı 40 min tondan çoxdur. Ölkənin tələbatını ödəmək üçün xaricdən düyü gətirilir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumta görə 2022-ci ilin ilk 3 ayında ölkəyə 16 tondan çox düyü idxal olunub. Düyü istehsalı azdır.İdxaldan aslıyıq.İş yerlərini də burda itiririk. “Azərbaycan Respublikasında çəltikçilyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı” qəbul edilib.4 il keçib.Nə ediblər? Çəltikçilikdə əvvəlki kimi əl əməyi üstünlük təşkil edir. Çəltikçi iki ay su və palçığın içində işləyir. Bu da fəhlənin sağlamlığına mənfi təsir edir. Mən bir ailə tanıyıram, hər il bir hektarda düyü əkərdi.
Həmin ailənin sahədə işləyən üzvləri müxtəlif xəsətliklər tapdılar. Əkindən imtina etdilər. Mini texnikalar lazımdır. Məhsuldar toxum əldə etmək çətindir. Düyünün satışında çətinliklər var. Su, gübrə problemləri var. Artupa kəndinin ərazisində Türklər 2 hektarda çəltik əkdilər, ziyana düşdülər. Növbəti ildə əkmədilər. Demək istəyirəm ki, şəltik əkmək asan deyil.”

Hazırladı: Qoca. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10