Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı YAP”-ında və “İcra”sında gözlənilən dəyişiklik, yaxud İlkin Əzizov yenidən İcra aparatına qayıdır


Bir də deyirlər ki, Yeni YAP sədrləri icra başçısının “adamı” olmayacaq.

Təxminən 4 ay oncə “YAP “raykom” olacaqmı?” adlı yazı çap etmişdik. Yazıda bildirilirdi ki, “Ölkənin hakim partiyası sayılan Yeni Azərbaycan Partiyasının yaxın vaxtlarda yeni formada strukturlaşaçağı gözlənilir. Belə ki, hər rayonda YAP-ın rayon təşkilatının sədri ictimai əsaslarla yox, ştatlı işçi olacaq. Məsələn, Masallıda YAP rayon təşkilatının sədri vəzifəsini icra edən Seyfəddin Əliyev həm də Masallı icra hakimiyyətində şöbə müdiridir. Yeni strukturda belə hallar olmayacaq – ya təşkilatın pullu sədri olacaqsan, ya da hazırda daşıdığın vəzifə ilə vidalaşmalısan. 

Həmçinin əldə etdiyimiz məlumatda bildirilir ki, YAP-ın rayon təşkilatlarının sədrləri, müavinlər və mərkəzi aparatda çalışanları bu dəyişiklikdən sonra çox yüksək – 1500-1800 manat arası əmək haqqı alacaqlar.
Bəs bu dəyişikliklər nələri dəyişəcək? YAP-ın rayon təşkilatlarının rəhbərləri keçmiş raykom katiblərinin səlahiyyətində olacaqmı?

Bilməyənlər üçün öncə  “raykom” sözünün açmasını izah edim.  Sovet dövründə “raykom” Rayon Partiya Komitəsi demək idi – RPK. RPK-kanın 1-ci katibinə el arasında RAYKOM deyirdilər. Rəsmiyyətdə ərazini , qısaca RİK adlanan Rayonu İcraiyyə Komitələri idarə etməli olsa da,   söz “raykomun”, daha dəqiq desək, raykomun 1-ci katibinin sözü idi. 

Hətta bu mövzuda o vaxtlar belə bir lətifə də quraşmışdılar. Birindən soruşurlar ki, kirpinin üstündə nə vaxt oturmaq olar? O da cavab verir ki, hələlik 3 variant var- ya kirpini qırxılmalısan, ya sən arxana dəmir parça bağlamalısan, ya “raykom”un 1  katibi deməlidir ki, otur.

Müstəqillik dövründə isə vəziyyət dəyişdi. Keçmiş icraiyyə komitələri rayon icra hakimiyyətinə çevrildi. YAP isə hakim partiya adlanıb hər hansı vəzifəyə əl qoya bilsə də, keçmiş raykomlar kimi hökm-fərman sahibi deyildi.

Yəni dəyişiklikdən görünür ki, YAP undan sonra əsas söz sahibi  olacaq. Ola biləcəkmi? Hər hansı icra başçısının məsələsini YAP rayon təşkilatında müzakirə edib, nöqsanı varsa, onu tənbeh edə biləcəkmi?

Bir-iki aya hər şey aydınlaşacaq.


Artıq həmin söhbət reallaşmaq üzrədir. Bəs Masallıda vəziyyət necədir? 

Bir neçə mənbədən daxil olan məlumata görə yeniləşən və daha da gücləndirilməsi planlaşdırılan YAP-ın Masallıdakı təşkilatın rəhbərliyinə 3 nəfərin adı hallanır. Yayılan məlumata görə, YAP rayon təşkilatlarına etibar ediləcək sədrlər öncə icra başçılarının adama olmamamlı, daha müstəqil fəaliyyət göstərməlidir.

Hələlik Masallıda Ərazi İdarəetmə və Yerli özünüidarətmə orqanları ilə iş çöbəsinin müdiri, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, onun müavini, bir də İcra başçısının 1-ci müavini Məmmədhüseyn Hüseynovun adı hallanır. “Yuxarıların” isə diqqəti Seyfəddin Əliyevin üzərində cəmləşib. S. Əliyevin bu təyinatı reallaşarsa, yəni onu güclənbdiriləcək YAP-ın yenidən Masallıda sədri olacaqsa, hazırkı vəzifəsini, Masalli İcra hakimiyyəti Başçısının Ərazi İdarəetmə və Yerli özünüidarətmə orqanlar iş şöbəsinin müdiri vəzifəsini tərk etməlidir. 

Bəs Seyfəddin Əliyevin boşalacaq postunaa kim təyin olunacaq?

 Ən çox adı hallanan İlkin Əzizovdur. Xatırladaq ki, İlkin Əzizov rayonunun Qızılavar kəndindəndir. Yaxın vaxtlara qədər Masallı rayon icra hakimiyyətində Ümumi Şöbənin müdiri işləyirdi. Bir neçə ay öncə müəmmalı şəkildə ərizə verib vəzifəsindən uzaqlaşdı. Son vaxtlar isə adını “könüllü” qoyub onun icranın əksər tədbirlərində önə çəkirlər. Bir daha yuxarıdakı fikrə qayıdaraq bildiririk ki, YAP rayon təşkilatlarının daha da gücləndirilməsi icra başçılarınının səlahiyyətlərinin günbəgün azaldılmasıdır.
Yaşayarıq, görərəik. Necə deyərələr, görək Toplananların yerin dəyişəndə Cəm dəyişəcəkmi?

Cenub.az. Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10