Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Cənubi Qafqazın bənzərsiz, bakirə iqlimi ilə Kəlbəcər Azərbaycanın ikinci İsveçrəsidir..."


“Kəlbəcərin işğaldan azad edilməsi elan ediləndə insanın özündə bir azadlıq meydan suladı...”
 
“Kəlbəcərin işğaldan azad olunmasıyla kəlbəcərlilər ikinci dəfə dünyaya gəldi. İnsan mənən, ruhən təzələnirsə, o ikinci doğuşdur, ikinci dünyaya gəlişdir. Uzun illərin həsrətindən sonra zəfərlə üzləşmək, Kəlbəcərə qayıtmaq arzusunun reallaşması insanları həqiqətən də həyatında sevinmədikləri qədər sevindirir. Yəni çəkilən o əzablar, məşəqqətlər arxada qaldı”.
 
Bunu Moderator.az-a açıqlamasında Kəlbəcərdə doğulan şair Adil Cəmil doğma rayonunun işğaldan azad olunmasının ildönümü haqda danışarkən deyib: 
 
“Ötən ilin bu günü Cənab Prezident tərəfindən Kəlbəcərin işğaldan azad edilməsi elan ediləndə insanın özündə bir azadlıq meydan suladı ki, doğrudan da biz yer, yurd adamı olaraq özümüz də azadıq, təkcə torpaqlar yox. Çünki insanın içindən çıxan o ağrılar adamı azad yaşamağa, düşünməyə qoymurdu. Hər dəfə o dərdin, qəmin basqısıyla baş-başa, üz-üzə qalırdıq. 
 
Biz şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına torpaqlarımızı işğaldan azad etdik. Ali Baş Komandanımız İlham Əliyevin digər rayonlarımızdan fərqli olaraq Kəlbəcəri diplomatik yolla geri qaytarmasının özü çox böyük işdir. Kəlbəcərlilərin ürəyi döyünür ki, biz yurd yerlərimizə qayıdaq, özümüzün abad evlərimizi ucaldaq, yaşam tərzimizi quraq, Kəlbəcəri əvvəlki görkəminə salaq. Hər bir kəlbəcərli kimi bütün bunlar mənim də ürəyimdən keçən arzulardır. Təbii ki, indi qışdır, Kəlbəcərə qar yağır, amma qışı da, yayı da gözəldir. Yəni Kəlbəcər Azərbaycanın ikinci İsveçrəsidir. Cənubi Qafqazın bənzərsiz, bakirə iqlimi olan, yeraltı-yerüstü sərvətləri zəngin olan bir bölgəsi kimi Kəlbəcər Azərbaycana qaytarılıbsa, öz doğma anasına qovuşubsa, bu eyni zamanda həm maddi, həm də mənəvi dəyərlərimizin qayıtmağı qədər şərəfli işdir”.
 
Vasif Əlihüseyn





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10