Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Mərkəzi Xəst­əxanasının direktor əvəzi Rasim Əzizov vəzifəsindən azad edilib


Cenub.az bildirir ki, Masallı rayonunda vəzifə dəyişikliyi baş verib. Ötən il Ma­sallının baş həkimi Cəlil Nəzərov Baş Prokurorluğun Korrup­siya ilə Mübarizə tə­şkilatı tərəfindən nümayişkaranə şəkildə həbs ediləndən sonra Masallı Mərkəzi Xə­stəxanasının polikli­nikasının müdiri işl­əyən Rasim Əzizov hə­min xəstəxanaya rəhb­ər təyin edilmişdi.

Belə ki, Rasim Əzizov Masallı Mərkəzi xə­stəxanasının direkto­ru publik hüquqi şəxs təyin olunmuşdu. Bir neçə gün öncə isə onun guya mağazadan ərzaq oğurlanması barədə video görüntülər pa­lylaşılmışdı. Rasim Əzizov isə məlumatı təkzib etmişdi.

Bir neçə dəqiqə öncə isə onun vəzifədən azad olunması barədə xəbər yayıldı. Xəbər rəsmilər tərəfindən  təsdiq olunub.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10