Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Bölgənin bütün şəhid ailələri - 500 nəfərə yaxın qəlbi nisgillilər bir süfrə arxasında (Video)


Bu gün, 24-ü oktyabr 2021-ci ildə həmişə musiqi sədalarının, çal-çağırın aləmə yayıldığına adət etdiyimiz  bir məkanda Lanur Şadlıq Sarayında cənub bölgəsinin – Lerik, Yardımlı, Cəlilabad, Astara, Lənkəran və Masallı rayonlarından gələn şəhid ailələri  ehsan süfrəsi arxasında bir araya gəlmişdi.

Tədbir paytaxtın “Yaşamaq gözəldir”, “Dost Əli ” “Vəhdət” və digər Ictimai birliklərin, xeyriyyə təşkilatlarınnın birgə təşkilatçılığı və yardımları ilə baş tutmuşdu.

Cənub bölgəsinin 200-dən artıq şəhid ailəsinin, onların xanımlarının, analarının, övladlarının bir araya gəldiyi ehsan süfrəsində sanki şəhid ailəsinin əyləşdiyi hər bir stol bir qəm hekayəsi idi.

Tədbirdə Azərbaycanın Dövlət Himni də səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, onların ruhuna yasin də oxudu, Əhli Beyt aşiqləri  İlahilər də söylədi. 

Şahid ailələrinin bir-birində yanıqlı çıxışları, söylədiyi şeirlər, Ərkivan 1 saylı qəsəbə orta məktəb şagirdlərinin  şəhidlərlə bağlı kompazisiyası bizi ruhən  bir də qəhrəman şəhidlərimizin ucaltdığı şəhidlik zirvəsinə  apardı.
Tədbirdə Qazilər Şurasının cənub bölgəsi üzrə Qazisi Hacı Rəşid Talıbzadə, onlarla şəhid ailəsi, yazarlar və digər şəxslər çıxış etdi.  

Tədbirə qonşu rayonlardan qatılan onlarla şəhid ailəsi burada bir-biri ilə tanış oldu, qayğılarını bölüşdü, əlaqələr qururdular. 

 Şəhid ailələri onlara belə xüsusi  diqqət sərgilədiklərinə  görə təşkilatçılara təşəkkür etdilər.

Tədbirin təşkilinə Masallıda fəaliyyət göstərən “Ümidim sənsən” ictimai birliyinin komandası, eləcə də kanalın baş operator Vadim Eyvazoğlunun rəhbərliyi ilə cənub xəbərtv-nin çəkilişi qrupu da öz tövhəsini əsirgəmədi.

Allah şəhidlərimizi rəhmət eləsin. 

İndi isə tədbirdən bəzi məqamları diqqətinizə çatdırırıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10