Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran parlamentində qapalı iclas: Ocaqnejad, kəşfiyyatçılar, Azərbaycandakı keçmiş səfir...


"İran İslam Respublikasının əlaqədar qurumlarında Qafqaz və Azərbaycan Respublikasına dair problemlərdə çox realist bir qavrama var".

Cenub.az IRNA -ya istinadla xəbər verir ki, bunu İran parlammenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini bildirib.

Onun sözlərinə görə, oktyabrın 13-də komissiyaı üzvləri, parlament sədrinin müavini Əli Nikzad ilə birgə bir toplantı keçiriblər. İran Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad və İranın Azərbaycandakı səfiri Abbas Musəvi, habelə hadisələrlə əlaqədar Kəşfiyyat Nazirliyinin bir sıra rəsmisi və qafqazşünas da iclasa qatılıb.

Mahmud Abbaszadə əlavə edib: "Həmçinin, İranın Azərbaycan Respublikasındakı səfirliyin sabiq işçiləri, o cümlədən keçmiş səfir Əhəd Qəzayi də toplantıya dəvət olunub".

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü qeyd edib ki, iclasda Qafqazda baş verən hadisələr ətraflı müzakirə edilib: "Ümumən Qafqazda və Azərbaycan Respublikasında baş verən hadisələr  əlaqədar qurumlarda çox realist şəkildə qavranılır. Bunun sayəsində hesabla və təhlillər bölgənin gələcəyi və İran İslam Respublikasının qonşuları, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətləri haqqında aydın bir fikir yaradır. Ümid edirəm ki, bu cür görüşlər davam etdiriləcək və onların nəticələri İranın Qafqaz siyasəti və İranın Qafqazdakı qonşuları, xüsusilə də Azərbaycan Respublikası ilə bağlı strateji sənədlərin hazırlanmasına kömək edəcək".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10