Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol turnirində ilk qolu kolatanlılar vurub


Xəbər verdiyimiz kimi Masallı rayonunda “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında 12 komandanın iştirakı ilə futbol turniri keçirilir. Birinci yer üçün mükafat 1500 manatdır. 

 Dünən, oktyabrın 11-də turnirin ilk görüşləri keçirilib. İlk dəfə meydançaya Masallının “KolatanFK” və Cəlilabadın “GöytəpəFK” komandaları çıxıblar.

Hesabı kolatanlılar açsa da, Göytəpə komandası hesabı bərabərləşdirməyə nail olub. İlk oyun 1:1 hesabı ilə başa çatıb.

Digər 2 görüşün nəticələri isə aşağıdakı kimi olmuşdur

 “Araz”FK  - “MAQNA”  2:1

 BTK (Bioloji Təbabət) -Grand FK (Ərkivan) 0-1

Növbəti görüşlər oktyabrın 14-də keçiriləcək.
Həmin gün aşağıdakı komandalar qarşılaşacaq:

Qala-85 (Ərkivan) – Seybətin FK
“Milenum” FK- Digah FK
Səmidxan FK –Cenub FK

Cenub.az. Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10