Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda neçə mədəniyyət ocağı, eləcə də onların neçə işçisi var və il ərzində onların saxlanmasına nə qədər pul xərclənir?


(“Qaşınmamış çıxan qanlar” silsiləsindən)

Öncədən xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, mədəniyyət sahəsində heç bir məlumat dövlət sirri sayılmır. Və bu sahədə bütün məlumatlar xalqa açıq olmalıdır. Reallıqda da belədirmi?

Bunu Masallı rayonun timsalında aydlnlaşdırmağa çalışaq. (Xatırladaq ki, bundan öncə YAP Masallı təşkilatının və rayon bələdiyyələrinin pulunu qismən saymağa çalışmışıq.)

Öncədən xatlrladlm ki, Masallı Regional Mədəniyyət idarəsi Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə edir və Masallıda yerləşir. İdarəyə Bəxtiyar Qılıncov rəhbərlik edir. Bir neçə dəfə görüşmüşük. Kifayət qədər mədəni, səmimi və intellektual insandır. Gəlişindən qısa müddət keçsə də, mədəniyyət sahəsində hansısa yeniliklər etməyə çalışır, bir sıra tədbirlər keçirir, pres relizelər yayır və sair. “Mədəniyyət kəndlərdə” layihəsini daha uğurlu saymaq olar. İlk baxışda mətbuata açıq adam təsiri bağışlasa da, ondan lazimi rəqəmləri almaq əsil müsibətə çevrilib.

Üzbəüz görüşümüzdə Bəxtiyar müəllimdən xahiş etdim ki, “Masallıda hansı ərazidə neçə mədəniyyət ocağı, onların neçə işçisi var və il ərzində onların saxlanmasına nə qədər pul xərclənir?” sualını cavablandırsın. Dedi ki, saytımıza baxın, orada var. Baxdıq, lakin bəzi alayarımçıq məlumatlardan başqa bir şey tapmadıq. İdarənin mətbuat xidmətinin rəhbər Həbib müəllimə müraciət etdik. Dedi ki, bunu idarənin rəhbərinə deyin. Dedik. Cavab  konkret və qısa oldu - belə məlumatları verməyi nazirlik məsləhət bilmir.

Ortaya nə böyükükdə “Niyə” sualı gəldi, yəni hansı qanuna görə? İşiniz düzdürsə, aşkarlıqdan çəkinmirsinizsə, niyə hər mədəniyyət evinin, klubun, onun işçilərinin sayını gizlədirsiniz? Adlı siyahı istəməmişdik ki, bilinə hansı qəribə peşə sahibləri, hansı rəhbərlərin qohumları orada bədii rəhbər, konsertmestr-filan işləyir.

Fərdi araşdırmamız nəticəsində aydın oldu ki, Masallıdakl 1 rayon, 9 qəsəbə və kənd Mədəniyyət Evinin hər birində 5 nəfər işləyir. Hər mədəniyyət evində işçilərin cəm aylıq orta əmək haqqı isə 1500 manat civarındadır. Bundan əlavə Masallıda 22 kənd klubu var ki, hərsinin də 3 işçisi var.

Bundan əlavə rayonda 1 mərkəzi, 1 şəhər, 2 qəsəbə, 44 kənd kitabxanasının olduğu qeyd olunur. Təkcə şəhər kitabxanasında (Hazırda polis idarəsinin bir küncündə yerləşir və orada 8 nəfərin adı getsə də, bu kitabxanada 1 nəfərdən başqa heç bir işçini görən olmayıb). Mərkəzi kitabxanada isə işçilərin sayının 30-a yaxın olduğu haqqında məlumatlar var.

Bir neçə mədəniyyət ocağının işçisi ilə söhbət aparsaq da, hər hansı bərk, yumşaq inventar almadıqlarını, hətta işlədiyi binada problem yarananda, binaya su damanda, nə isə xarab olanda öz vəsaitləri hesabına düzəltdiklərini bildirdilər.

Halbuki, mətbuatda yayılan məlumatlarda regional mədəniyyət idarələrinin hər il bir neçə milyon manatlıq tenderlərin qalibi olduğu qeyd olunur.

Xususi qeydimiz: Mövzuya fərqli baxışla yanaşsaq, hətta bütün arzu etdiyimiz rəqəmlər bizə verilsə idi, mədəniyyət işçilərinin hər birinin əmək haqqı 1000 manat belə olsa idi, çox az şey dəyəşəcəkdi. Tam fərqli düşüncələrə ehtiyac var. Yəqin ki, bu barədə əlavə yazımız olacaq. Sizin də fikirlərini eşitmək maraqlı olardı.

Sadaladığımız məlumatları Masallı İH-gov.az saytından götürmüşük. Hər hansı yanlışılıq olarsa, Masallı Regional Mədəniyyət İdarəsinin də mövqeyini çap edə bilərik. (Əgər bu yazıdan sonra bizdən küçsməyiblərsə)

Aşkarlıq üçün Masallı İH-gov.az saytından götürdüyümüz həmin məlumatı yazıya əlavə edirik.

“Masallı rayonu Mədəniyyət və Turizm şöbəsi 1946-cı ildə yaranmışdır. 

Əvvəllər Mədəni-maarif şöbəsi, 1953-cü ildən Mədəniyyət şöbəsi, 2006-cı ildən isə Mədəniyyət və Turizm şöbəsi adlandırılmışdır.

Hal hazırda 32 klub müəssisəsi, o cümlədən 1 rayon, 9 kənd mədəniyyət evi, 22 kənd klubu, 1 rayon mərkəzi kitabxana və onun 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filialı, XI illik incəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix diyarşünaslıq muzeyi, Rəsm qalereyası, 168 Tarix və Mədəniyyət abidələri, 33 turist obyekti fəaliyyət göstərir. Rayonun klub müəssisələrində 83 bədii özfəaliyyət  kollektivi fəaliyyət göstərir ki, bura 1976 nəfər həvəskar cəlb edilmişdir.

 Həmin kollektivlərdən  ikisi xalq kollektivi adını daşıyır. Bunlar rayon mədəniyyət mərkəzinin Xalq teatrı və  Mahmudavar kənd folklor evinin “Halay”  folklor xalq mahnı və rəqs kollektividir ki, bu kollektiv artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyanın 28-dən çox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir. 

Masallı rayonunda ilk kitabxana Muzdurlar komitəsinin üzvlərindən biri Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı adamlardan  toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdir. 

1978-ci ildə Rayon Mərkəziləşdirilmiş kitabxana Sistemi yaradılmışdır. Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi , 2 qəsəbə, 1 şəhər və 44 kənd kitabxana filialları fəaliyyət göstərir”

Yazını cenub.az üçün hazırladı: Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10