Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 12 komandanın şəhidlərin xatirəsinə həsr olunmuş xatirə turnirin təqvimi


İlk oyun, sabah, oktyabrın 11-də, saat 19-da Kolatan və Göytəpə komandaları arasında keçiriləcək


Xəbər verdiyimiz kimi, oktyabr ayının 11-dən başlayaraq Masallı şəhərində, 12 komandanın iştirakı ilə “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında mini futbol  yarışmasına start veriləcək. Yarışın qalibini 1500 manat mükafat gözləyir.

Oktyabr 10-da komandaların oyun təqvimini müəyyənləşdirmək üçün H. Əliyev Mərkəzində püşkatma  mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra hakimiyyətinin şöbə müdiri, yarışın təşkilatçıları-Masallı BTK-ın, “Azad”FK-nın, Rayon Gənclər və İdman idarəsinin, eləcə də komandaların təmsilçiləri iştirak edib.
Püşkatmaya görə ilk görüş, 2021-ci il, 11 oktyabr saat 19-da Kolatan və Göytəpə komandaları arasında keçiriləcək. Stadiona giriş pulsuzdur.

Aşağıda digər oyunların da təqvimini təqdim edirik.




Faiq Hüseynzadə 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10