Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İcra hakimiyyətinə yeni şöbə müdiri təyin edildi


Bir neçə ay öncə tam açıqlanmayan səbəb üzündən İcra başçısının şöbə müdirliyini öz ərizəsi ilə tərk edən Əzizov İlkin Ədalət oğlunun boş qalmış kürsüsünə nəhayət kadr tapılıb –Afəddin Kərimov.

Qeyd edək ki, Afəddin Kərimov 18.11.1982-ci ildə Masallı rayonu Qarğalıq İnzibati Ərazi Dairəsinin Əminli (keçmiş adı Eminli) kəndində anadan olmuşdur. İcra hakimiyyəti başçısının saytında qeyd olunmuş məlumatda bildirilir ki, o, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhslili almışdır. 2005-2012-ci illərdə Masallı rayon Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrində çalışmış, 2012-2017-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışmışdır. 
Ailəlidir, 3 övladı var.

Təbrik edirik.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10