“Adamları XOFLANDIRAN koronavirus yox, STATİSTİKADIR...”

“Allaha imanınızı, ruhi tarazlığınızı qoruyun, dua edin, evdə qalsanız da, fiziki aktivliyinizi artırın – hər şey ötüb keçəcək...”


Sultan Laçın

Dünyanın idarə etdiklərinə inanan bir qrup allahsız, İblis nökəri olan insan cildli cəhənnəmlik məxluq aylardır ki,  adi  qrip virusundan o qədər də fərqlənməyən mikroskopik  bir varlıqla 7.7 milyardlıq  bəşəriyyəti, nə yazıqlar ki, QORXU içində saxlamağa nail olub...

Məqsədləri son 40-50 il ərzində şüurlarımıza “obyektiv xəbər qaynağı” kimi sırıdıqları əsas media rıçaqları, eləcə də sosial media,  “vatsap”, “youtub”-filan vasitəsilə az qala, hər saniyə koronavirusa yoluxanların və bunun nəticəsində ölənlərin şişirdilmiş sayını beyinlərə yeritməklə, kütlələri özünütəcridə vadar edərək dövlətləri, ölkələri, xalqları iqtisadi-siyasi və psixoloji baxımdam mümkün qədər çökürtmək və bundan sonrakı planlarının daha rahat icrası üçün münbit şərait yaratmaqdır... 

Özünüz inandığınız peşəkar həkimlərlə ünsiyyətdə olun, soruşun, virusun, qripin-filanın nə olduğunu öyrənin, internetdə axtarış verib hər gün, hər ay, hər il dünyada, ölkədə müxtəlif xəstəliklərdən neçə adam öldüyünü araşdırın və bu günkü koronavirus statistikasıyla müqayisə edin: onda belə nəticəyə gələcəksiniz ki, belə bir virus faktiki yayılsa da,  gerçəklikdə bütün bu ajiotaj, hay-küy, xof, sadəcə, bir QLOBAL İNFORMASİYA MANİPULYASININ nəticəsidir...  

P.S.  Dediklərimizi ayıq başla düşünsəniz, bir daha əmin olarsınız ki, baş verənlərdən ötrü təlaşa, panikaya düşməyə dəyməz, öncə Allahın Quranda buyurduğu əmrlərə, qadağalara, sonra dövlətin qoyduğu qanun-qaydalara, həkimlərin verdiyi tövsiyələrə əməl edib ruhi-mənəvi tarazlığı, fizioloji sağlamlığı qorumaq, evdə qalsanız da,  mümkün qədər fiziki aktivliyi artırmaq, pəhriz saxlamaq və öz həyatını yaşamaq gərəkdir... Hətta, Allah eləməmiş, birimiz bu virusa yoluxsaq belə, yenə də təlaşlanmamaq, xofa düşməmək, sadəcə, həkimə getmək, Rəbbimizin “Ya Şafi” adını çağırıb inamla şəfa tapacağımızı gözləmək gərəkdir...

P.P.S. Bütün hallarda bu virus bəlası da Rəbbimizin bir sınağıdır. Fəqət, təəssüf ki, bu günədək əksəriyyətimiz Onun, Peyğəmbərlərinin, Kitablarının dediyinə deyil, İblisin və onun yer üzündəki pullu, vəzifəli kölələrinin bər-bəzəkli yalanlarla uydurduğu nəfsimizin  arzularına əməl etmişik.  Çıxış yolu, bundan sonra əksini etmək, yəni əksəriyyətlə Allaha bağlanıb onun qulu olmaqdır. Bunu da etməsək, allahsızların meydana çıxardığı daha böyük bəlalara, faciələrə, mərəzlərə mübtəla olacağıq... Yaxşı düşünək...

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

ELİT TELECOM

  • 10:46
  • 13 077

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter