Masallida.az Arkivan.az
 

Masallıda 15 yaşlı oğlan itkin düşüb

  • 29.05.2021, 17:43,
Masallı rayonunun Təklə İnzibati Dairəsinə daxil Sığıncaq kəndində anadan olmuş 15 yaşlı Həsənov Fuad Murad oğlu dünən, mayın 28-də, axşam saatlarında Çaxırlı kəndinə müəllim yanına hazırlığa gedəndən sonra ondan soraq olmayıb. Mümkün axtarışlar heç bir nəticə vermir.

Masallı Rayon Polis Şöbəsi olayla bağlı məlumatlandırılıb. 
Xatırladaq ki, Fuad ailənin böyük övladı, 3 qardaşdan birincisidir. Atası dənizdə çalışır, anası isə evdar qadındır.

Valideynləri xahiş edirlər ki, onu görən 050 664 47 56 saylı telefona, Xalid bəyə zəng vursunlar.

Fuadın şəklini, eləcə də məşğələyə gedən zaman keçdiyi yerlərin fotosu yazıya əlavə edirik.

Cenub.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Vampirləşmiş Dante

  • 20:05
  • 4 621
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter